Hemlin Valentayn Snell (; 14 fevral 1810 – 29 yanvar 1886) ABŞ-nin Florida ştatını təmsil edən hüquqşünas və siyasətçi. O, Florida Nümayəndələr Palatasının spikeri, Florida ştatı Senatının prezidenti və Florida ştatının Tampa şəhərinin səkkizinci meri olub.

O, Corciyanın Savanna şəhərində anadan olmuşdur. O, Vilyam H. Vitakerin ögey qardaşı idi.

Snell Floridaya ilk dəfə 1830-cu illərin sonlarında köçmüşdür. 1840-cı ildə o, Kalhun qraflığının Ərazi Qanunvericilik Məclisinin nümayəndəsi seçildi. O, bir daha 1842-ci ildə indiki Sarasota qraflığına köçmüş və burada quava plantasiyasını açmışdır.

Snell 1854-cü ildə Hillsboro qraflığını təmsil etmək üçün Florida Senatına seçildi. 1855-ci ildə Manati qraflığının yaradılmasına başçılıq etdi. 1856-cı ildə Florida Nümayəndələr Palatasında yeni yaradılmış Manati qraflığınin ilk ştat nümayəndəsi seçildi.

Snell 1857-ci ilin sonlarında Tampaya köçdü. 1858-ci ilin iyununda Tampa limanının vergi yığan müavini təyin olundu. 1 fevral 1860-cı ildən 2 fevral 1861-ci ilə qədər Tampa şəhərinin meri vəzifəsində çalışdı. Mer kimi o, Amerika vətəndaş müharibəsinin başlanmasını pozitiv qiymətləndirdi. Fort Bruk postu üzərində nəzarəti ələ keçirdikdən sonra 20-ci Florida alayı 21 aprel 1861-ci ildə Tampada hərbi vəziyyət elan etdi. Hərbi vəziyyət elan edildikdən təxminən üç həftə sonra o, həmin vaxt şəhərin bir çox digər vətəndaşları kimi Tampanı tərk etdi. 1867-ci ildə Meri Bevillə evləndi.

29 yanvar 1886-cı ildə Florida ştatının Geynsvil şəhərində vəfat etdi.

İstinadlar

Kateqoriya:Tampa merləri Kateqoriya:Florida Ərazi Qanunvericilik Məclisinin üzvləri Kateqoriya:Florida Nümayəndələr Palatasının spikerləri Kateqoriya:Florida Nümayəndələr Palatasının Demokrat Partiyasının üzvləri Kateqoriya:Florida Senatının prezidentləri