thumb|upright=1.51|Yaqubun mələklərlə dolu nərdivan yuxusu, təqribən 1690. Rəssam: Mixael Villmann ().

Yüksəliş yayı () — teosofiya təlimində, planetar zəncir adlanan sistem daxilindəki incə və ya efir (eterik) planlarda (mərhələlərdə) baş verən hərəkət və axını ifadə edən bir termin.

Bu anlayış, sıx maddədən ən incə (suptil) mühitə doğru yönələn yüksəliş hərəkətini göstərir. Buna həmçinin "qaranlıqdan işığa doğru yüksəliş yayı" da deyilir.

Teosofların fikrincə, Məhəmməd peyğəmbərin Merac və İsa peyğəmbərin Uruc hadisələri zamanı, müxtəlif ənənələrdə "yeddi qat səma" kimi ifadə edilən bu efir mərhələlərində (suptil planlardan) insanın efiri bədən vasitəsilə mərhələli şəkildə yüksəlir.

Yüksəliş yayının əksi olan hərəkət isə — ən suptil plandan sıx maddəyə doğru gedən, yəni maddiləşmə və sıxlaşma prosesidir. Bu hərəkətə "işıqdan qaranlığa eniş yayı" və ya sadəcə "eniş yayı" () deyilir.

Sufizmdə bu iki anlayış müvafiq olaraq "dövrəyi-fərşiyyə" (eniş yayı) və “dövrəyi-ərşiyyə" (yüksəliş yayı) terminləri ilə ifadə olunur.

Şaman inanclarına görə isə, səmaya yüksəlmək istəyən şəxs, bu yayı izləyərək, mərhələlərlə səmaya qalxmalıdır.An Occult Glossary, G. de. PuruckerTasavvuf Terimleri ve Deyimleri Sözlüğü, Doç.Dr. Ethem Cebecioğlu

İstinadlar

Kateqoriya:Teosofiya Kateqoriya:Mistika