Reynhard Qenzel () — alman astrofizikidir. O, 2020-ci ildə Andrea Qez və Rocer Penroz ilə birlikdə Fizika üzrə Nobel Mükafatına layiq görülüb.The Nobel Prize in Physics 2020 (англ.). NobelPrize.org. Дата обращения: 6 октября 2020. Архивировано 9 октября 2020 года.

Həyat yolu Reynhard Qenzel Bərk cisim fizikası üzrə professor Lüdviq Qenzelin oğludur (1922–2003 il). Təhsilini Frayburq Universiteti və Bonn Universitetində alıb. 1975-ci ildə Bonn Universitetini bitirmişdir. 1978-ci ildə Bonn Universitetində və Maks Plank adına Radio Astronomiya İnstitutunda iki namizədlik dissertasiyası müdafiə etmişdir. Daha sonra ABŞ-da işləyib. 1986-cı ildə Almaniyaya qayıtdı və burada Maks Plank Cəmiyyətində işinə davam etdi. 1988-ci ildə Münhen Lüdviq Maksimilian Universitetinin professoru oldu. 1999-cu ildən Berkli Kaliforniya Universitetində də dərs deməyə başlıyır. 2010-cu ildə Maks Plank Cəmiyyətində Fizika İnstitutunun direktoru oldu. Bavariya Elmlər Akademiyasının üzvü (2003 il) və Amerika Fizika Cəmiyyətinin həqiqi üzvüdür (1985 il).

Mükafatları 1986-cı il -Nyuton Leysi Pirs Mükafatı 1990-cı il -Leibniz mükafatı 2000-ci il -Julia Jansen Mükafatı 2003-cü il -Balsan Mükafatı 2007-ci il -Albert Eynşteyn medalı 2008-ci il -Şao Mükafatı 2008-ci il -Otto Han medalı 2010-cu il -Karl Yansk Mühazirəsi 2011-ci il -Karl Şvartşild medalı 2012-ci il -Kraford Mükafatı 2014-cü il -Harvi Mükafatı 2014-cü il -Herşel medalı 2020-ci il -Nobel Mükafatı — Andrea Qez və Rocer Penrous ilə birlikdə 2020-ci il -Çox İstinad Edilən TədqiqatçıClarivate Identifies Global Scientific Pioneers with Annual Highly Cited Researchers List | BioSpace. Дата обращения: 1 января 2021. Архивировано 2 декабря 2020 года.

İstinadlar

Kateqoriya:İxtiraçılar Kateqoriya:Almaniya astronomları Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Astrofiziklər Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Harvard Universitetinin müəllim köməkçiləri Kateqoriya:XX əsrin fizikləri