Xəznədərəçay — Culfa rayonu ərazisində çay. Əlincəçayın sağ qolu.

Haqqında Mənsəbindən 48 km məsafədə Əlincəçaya tökülür. Uzunluğu 10 km, hövzəsinin sahəsi 30 kv. km-dir. Başlanğıcını Dibəklidağın yamacından götürür. Əsasən qrunt və qar, qismə də yağış suları ilə qidalanır. Əlincəçayın selli qollarından biridir.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları