Lalə Yusifova 16 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın təqaüdçü bədii gimnastıdır.

Karyera Yusifova 2009-cu ildə azyaşlılar üçün Beynəlxalq yarışlarda iştirak edib.

2010-cu ildə Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal qazanıb və qısa müddətdə Minsk qrupunun Minskdə keçirilən 2011 Avropa Gənclər Çempionatında bürünc medal qazanıb.

2012 Bədii gimnastika üzrə Berlində keçirilən "Qran-pri" turnirində iki medal qazanıb. Gürz ilə hərəkətlərin finalında 27,4 xal toplayaraq ikinci, lent ilə kombinasiyanı finalda yerinə yetirəndən sonra isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

2013 Buxarestdə keçirilən Dünya kubokunda bürünc medal qazanıb. O, təsnifat mərhələsini aşaraq finalda halqa ilə hərəkətlərdə 3-cü olub. Digər finalda - topla o 7-ci, çoxnövçülükdə isə 8-ci yeri tutub.

2014-ün sentyabrın 3-də , hələ 18 yaşı tamam olmamış karyerasını bitirib.

İstinadlar

Xarici keçidlər Lalə Yusifova Bədii Gimnastika Nəticələri

Kateqoriya:Azərbaycanın bədii gimnastları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları