() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, sürünən, gövdə 40-60 (70) sm hündürlükdədir. Yarpaqlar xətvari, 10-15 mm enində, kökyanı yarpaqlar bəzən uzun olur. Təpə yarpaqları otşəkilli, kənarları ağ pərdəlidir. Çiçək qrupu 4-5 çiçəklidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluğunda, mavidir. Çiçəkyanlığının borucuğu 2,5-3 dəfə yumurtalıqdan qısadır. Xarici tərəfi ellipsivari-dairəvi, ayası oyuqsuz, təpə hissədə aşağı bükülmüşdür. Daxili hissəsi tərs-neştərşəkilli, oyuqlu, dar dırnaqcıqlı, sütuncuğun tərəfi dırnaqcığa bərabərdir. Yumurtalıq uzun borucuqludur. Qutucuq uzun silindrvari, qısa buruncuqlu, 6 qabrğalı, paralel yaxınlaşmışdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri üzənlikdən aşağı dağ qurşağına qədər yayılmışdır. Rütubətli-bataqlıqlı, duzlutəhər yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Çiçəkləməsi may, meyvə verməsi iyun ayına təsadüf edir.
Yayılması Naxçıvan düzənliyi və aşağı dağlıq hissəsi (Sədərək rayonu, Heydərabad qəsəbəsi, Culfa rayonu, Gülüstan kəndi ərazisi).
Sayı və tendensiyası Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma).
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma ərazilərinin axtarılması vacibdir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1972-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Ermənistan florası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər