() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Botaniki xarakteristikası Çoxillik, soğanaqlı 6-20 sm hündürlükdə ot bitkisidir. Soğanaq enli-yumurtavari, bəzən yumurtavari, 2,8 sm hündürlükdə, 2,2 sm enindədir. Boz, bəzən qara qınla örtülüdür. Yarpaqları 2-4 ədəd, yaşəl, enli-xətvari, 6-15 mm enində, gövdədən qısa, təpə hissədə qapacıq var. Çiçək qrupu çox və ya az salxımdır. Çiçəkyanlığı uzunsov-ellipsivari, küt, 12 mm-ə qədər uzunluqda, tündmavi, bənövşəyi, orta hissədən qara zolaqıdır. Erkəkcikləri göy rəngli tozcuqludur, çiçəkyanlığının yarısından qıadır. Çiçəkləmə, meyvə əmələgəlmə may-iyul aylarına təsadüf edir. Kserofit, duza davamlıdır. Soğanaqla çoxalır. Orta dağ qurşağında meşəvə kolluqlarda bitir. Dekorativ bitkidir.
Azərbaycanda yayılması Kiçik Qafqazın şimal və mərkəzi hissələrində, Lənkəran rayonunun və Naxçıvan Muxtar Respublikasının dağlıq hissələrində.
Sayı və tendensiyası Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (infrastrukturun inkişafı).
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax