Ubuntu ("insanpərvərlik"About the Name , "humanizm"About Ubuntu .) — Debian əsasında yaranmış, Linux nüvəsini istifadə edən əməliyyat sistemidir. Əsas yaradıcı və sponsor Canonical şirkətidir. Hal-hazırda layihə azad cəmiyyət tərəfindən aktiv inkişaf etdirilir və dəstək edilir. "Ubuntu" sözü zulu dilindən (əsasən Cənubi Afrika Respublikasında geniş yayılmış dil) tərcümədə "insanlıq" anlamını verir. Hazırda sərbəst şəkildə inkişaf etdirilir və dəstəklənir. 2009–2011-ci illərdə Beynəlxalq İnformatika Olimpiadasında (International Olympiad in Informatics, IOI) yarış iştirakçılarının kompüterində Ubuntu əməliyyat sistemi quraşdırılmışdı. Distrubitivin adi yeni veriyası 6 aydan bir çıxır və 18 ay ərzində təhlükəsizlik yenilənmələri ilə dəstək edilir. LTS ingilis dilindən — "uzun müddət ərzində dəstək" versiyası isə 2 ildən bir çıxır və 3 il ərzində dəstək edilir (server veriyası — 5 il).

Ubuntu server və iş stansiyaları üçün ilkin yığılmış proqram təminatı ilə təchiz edilir. Ubuntu CD və ya DVD-daşıyıcı istifadə edərək LiveCD"Desktop" versiyası. və ya mətn sehrbazı"Alternate" versiyası vasitəsilə masaüstü fərdi kompüterlərə yazılır. LiveDVD versiyası daha böyük proqram təminatı tutumuna malikdir. Tərkibinə tam lokalizasiyadan tutmuş sistem bərpasına qədər müxtəlif köməkçi proqramlar daxildir.

Əməliyyat sisteminin həmçinin i386, amd64, ARM tipli arxitekturaların da rəsmi dəstəyi mövcuddur. Bundan əlavə 2013-cü ildən ARM və x86 arxitekturasında olan smartfonların xüsusi Ubuntu versiyası yaradılmağa başlanılmışdır.

Tarix 20 oktyabr 2004-cü ildə Ubuntu ilkin olaraq Debianın budağı kimi 6 aydan bir yeni versiyası çıxan əməliyyat sistemi idi.Shuttleworth, Mark. What about binary compatibility between distributions? . Edubuntu Wiki. Debianın digər qollarından (Xandros, Linspire, Libranet) fərqli olaraq Ubuntunu yaratmış Canonical şirkəti Debian fəlsəfəsinə sadiq qalaraq əməliyyat sisteminə azad proqram təminatı daxil edirdi.Ubuntu Philosophy . Ubuntu.com

Ubuntu paketləri əsasən Debianın qeyri-stabil paketləri üzərində qurulur. Ubuntu paketləri yazmaq üçün Debiana məxsus Advanced Packaging Tool-dan istifadə edir. Buna baxmayaraq Debian və Ubuntu paketləri mütləq olaraq bir-biri ilə uyğun deyil. Ubuntu-nun bəzi yaradıcıları həm də əsas Debian paketləri ilə də məşğul olurlar. O üzdən hər-hansı layihədə dəyişiklik edəndə, digərinə də edirlər. Ancaq 2005-ci ilin aprel ayında Debian əməliyyat sisteminin yaradıcısı Yan Merdok Ubuntu-nu Debian paketləri ilə uyğunsuzluqda tənqid edərək birincinin "Debian Sarge"-dən çox uzaqlaşdığını deyir.

Ubuntu indiyə kimi Mark Şattlvort və onun şirkəti – Canonical tərəfindən vəsaitlə təmin olunur. 8 iyul 2005-ci ildə Canonical şirkəti Ubuntu Fondunun yaradıldığını elan edir və onu 10 milyon dollar ilkin kapital ilə təmin edir. Fondun məqsədi Ubuntu-nun gələcək versiyalarının dəstəyi və inkişafına zəmanət etməkdir. Ancaq 2009-cu il üçün fond işləksizdir. Şatlvort bunu fondun qara gün üçün saxlandığı ilə izah edir.

Ubuntu layihəsinin orijinal adı no-name-yet.com olubHill, Benjamin Mako (26 noyabr 2004). Ubuntu is Born . Ubuntu (A GNU/Linux Operating System): Past Present and Future. ().

Üstünlükləri thumb|left|Ubuntu 10.04 Lucid Lynx Ubuntu istifadədə asanlıq və rahatlığa yönələrək hazırlanılıb. O özündə geniş yayılmış "sudo" utilitini istifadə edir. Bu sistemdə potensial təhlükəli superistifadəçi sessiyasını buraxmadan inzibati tapşırıqları yerinə yetirməyə imkan verir.RootSudo . Ubuntu Wiki Bundan əlavə Ubuntu inkişaf etmiş beynəlmiləşmişliyə malikdir. Belə ki, əməliyyat sistemi 5.04 versiyasından defolt olaraq UTF-8 kodlaşdırmasından istifadə edir və çoxlu sayda dil qruplarına geniş imkanlar verir.

Ubuntu-nun işləməsi üçün 256 MB RAM, sərt diskdə isə 4 GB boş yer lazımdır.Ubuntu 6.06 Release Notes: Hardware Requirements Ubuntu 8.10 System Requirements Ubuntu 9.04 Release Notes: System Requirements Ubuntu əməliyyat sistemi bir çox qrafik qabıqları dəstəkləyir. Defolt olaraq GNOME qrafik qabığı ilə yayılır. GNOME azad, sadə və intuitiv interfeysə malik olub, geniş diapazonda müasir masaüstü proqramlarla yayılır. GNOME-a daxil olan proqramlardan başqa Ubuntu əlavə olaraq LibreOffice, Mozilla Firefox kimi proqramlarla təchiz olunub.

6.06 və daha sonrakı versiyalar LiveCD ilə CD sehrbazını bir kompakt-diskdə birləşdirir. Bu disk əməliyyat sistemini sərt diskə yazmadan onu açaraq, içindəki proqramlara nəzər yetirməyə, aparat vasitələrinin dəstəklənib-dəstəklənmədiyini öyrənməyə imkan verir. Əgər sistem bəyənilsə qrafik sehrbaz "Ubiquity" vasitəsilə elə LiveCD-dən əməliyyat sistemini yazmaq olar. Yazılma prosesi "canlı" iş masasında yaradılan sənədləri saxlayır. Bundan əlavə endirim üçün alternativ sehrbaz debian-installer-də var. O sistemi daha dərindən tanıyan üçün, çoxlu sistem yazan və çətin disk bölümünü həyata keçirən inzibatçılar üçün nəzərdə tutulub. Bura həmçinin 192 meqabayt operativ yaddaşdan az LVM və RAID-lər də daxildir. Distrubitivə həm də USB Flaş-disk yükləməsini yaradan proqram daxildir. Bu USB Flaş-disk LiveCD və CD sehrbazının malik olduğu bütün imkanlara malikdir. Bu xüsusiyyət adətən netbuklar üçün yararlıdır.

İstifadəçi interfeysi ilkin versiyalarda defotl olaraq qəhvəyi və narıncı rəngində olurdu. Əməliyyat sistemi ubuntu-calendar adlı əlavə proqram vasitəsilə hər ay qəhvəyi mövzular endirir. Ubuntu interfeysində 10.04 versiyasından re-brend aparılıb: emblem dəyişilib, rəng qamması qəhvəyi və narıncıdan qara və bənövşəyiyə dəyişilib. Bəzi istifadəçilərin fikrinə görə Ubuntu-nun yeni interfeysi Mac OS X interfeysini xatırladır.

Buraxılışlar Hər reliz il və ay buraxılışına əsaslanan öz kod adına və veriyasına malikdir. Kod adları iki ingilis sözündən ibarət olur: adətən bu eyni hərflə başlayan heyvan adı olur. 6.06 Dapper Drake-dən başlayaraq (LTS) kod adının birinci hərfləri latın əlifbasına uyğun olaraq dəyişir. Versiya Buraxılış tarixi Kod adı Azərbaycanca qarşılığı Dəstəyin son tarixi Yenilənmə zamanı Linux nüvəsihttps://wiki.ubuntu.com/Kernel/Dev/ExtendedStable This is the table with status of linux kernel versions that Ubuntu Kernel Team (UKT) provided, provides or plan to provide with stable patches support 4.10 20 oktyabr 2004 Warty Warthog Ziyilli Ziyilcik 30 aprel 2006 2.6.95.04 8 aprel 2005 Hoary Hedgehog Qoca Kirpi 31 oktyabr 2006 2.6.115.10 13 oktyabr 2005 Breezy Badger Cavan Porsuq 13 aprel 2007 2.6.13 1 iyul 200610 avqust 2006 (6.06.1)21 yanvar 2008 (6.06.2) Dapper Drake Şıq Yaşılbaş 14 iyul 2009 (iş stansiyaları üçün)iyul 2011 (server versiyaları) 2.6.156.10 26 oktyabr 2006 Edgy Eft Əsəbi Triton 25 aprel 2008 2.6.187.04 19 aprel 2007 Feisty Fawn Ürəkli Maral 19 oktyabr 2008 2.6.197.10 18 oktyabr 2007 Gutsy Gibbon Cəsarətli Hibbon 18 aprel 2009 2.6.20 24 aprel 20083 iyul 2008 (8.04.1)22 yanvar 2009 (8.04.2)16 iyul 2009 (8.04.3)28 yanvar 2010 (8.04.4) Hardy Heron Dözümlü Vağ aprel 2011 (iş stansiyaları üçün) aprel 2013 (server versiyası) 2.6.248.10 30 oktyabr 2008 Intrepid Ibex Qorxmaz Keçi 30 aprel 2010 2.6.279.04 23 aprel 2009 Jaunty Jackalope Diribaş Dovşan 23 oktyabr 2010 2.6.289.10 29 oktyabr 2009 Karmic Koala Karmik Koala aprel 2011 2.6.31 29 aprel 2010 17 avqust 2010 (10.04.1)Ubuntu 10.10 yaradılması haqda məlumat Lucid Lynx Parlaq Pişik aprel 2013 (iş stansiyaları üçün) aprel 2015 (server versiyası) 2.6.3210.10 10 oktyabr 2010 Maverick Meerkat Azadfikirli Surikat aprel 2012 2.6.3511.04 28 aprel 2011Ubuntu 11.04 yaradılması haqda məlumat Natty Narwhal Səliqəli Narval oktyabr 2012 2.6.3811.10 13 oktyabr 2011 Oneiric OcelotNext after Natty? (ing.) Ubuntu 11.10-un kod adının seçilməsi ilə əlaqədar Mark Şattlvortun məqaləsi Xəyalpərəst oselot 9 may 2013 3.0.4 26 aprel 201224 avqust 2012 (12.04.1)14 fevral 2013 (12.04.2) 23 avqust 2013 (12.04.3) 6 fevral 2014 (12.04.4) 7 avqust 2014 (12.04.5) Precise PangolinP is for… (ing.) Mark Şatlvortun bloqundakı yazı Pedantik panqolin aprel 2017 3.2, 3.5, 3.8, 3.11, 3.13 18 oktyabr 2012 Quantal QuetzalQuality has a new name (ing.) Mark Şatlvortun bloqundakı yazı Kvant Ketzal aprel 2014 3.5 18 aprel 2013 Raring RingtailNot the Runty Raccoon, the Rufflered Rhino or (even) the Randall Ross (ing.) Mark Şatlvortun bloqundakı yazı Səbirsiz Kakomişli oktyabr 2015 3.8 17 oktyabr 2013 Saucy Salamander Mark Şatlvortun bloqundakı yazıKobud Salamandr iyul 2014 3.11 17 aprel 2014releases.ubuntu.com/14.04 (14.04) 24 iyul 2014-cü il (14.04.1) Trusty TahrQuantal, raring, saucy… (ing.) Mark Şatlvortun bloqundakı yazıEtibarlı Tar aprel 2019 3.13 16 oktyabr 2014 Utopic UnicornU talking to me? (штп.) Kobud Utopik Taybuynuz iyul 2015 3.16 (Daily) 16 aprel 2015 Vivid VervetParlaq Meymun4 fevral 20163.19 22 oktyabr 2015 Wily WerewolfMəkrli Qulyabanıiyul 20164.2 21 aprel 2016 24 iyul 2016 (16.04.1) 17 fevral 2017 (16.04.2) Xenial XerusQonaqpərvər Dələaprel 20214.4 13 oktyabr 2016Yakkety YakBoşboğaz Yak avqust 20174.8 13 aprel 2017 Zesty ZapusPikant Siçanfevral 20184.10 19 oktyabr 2017wiki.ubuntu.com/ArtfulAardvark/ReleaseSchedule Artful AardvarkHiyləgər Qarışqayeyəniyul 20184.13 Şərti işarələr:dəstəklənmiryalnız server veriyası dəstəklənirdəstəklənirhazırkı versiyaPlanlaşdırılıb / hazırlanılır

LTS ( hərfiynən "uzun müddət ərzində dəstək") kimi işarələnən buraxılışlar Canonical tərəfindən daha çox dəstək edilir. Yenilənmə paketləri istifadəçi versiyaları üçün üç, pullu texniki dəstək ilə serverlər üçün isə beş il təşkil edir. Sonrakı LTS versiyasına qədər periodik olaraq hazırkı versiayaya eyniadlı kod adı ilə müxtəlif yenilənmələr buraxılır. Dapper Drake 6.06 versiyası üçün iki belə yenilənmə buraxılıb; Hardy Heron 8.04 versiyası yarım ildə bir dəfə çıxır. Artıq dörd 8.04 yenilənməsi çıxıb. 8.04 üçün növbəti yenilənmə gözlənilmir. Hazırkı LTS buraxılış Ubuntu 14.04 Trusty Tahr adlanır.

10.04 Lucid Lynx versiyası üçün 4 yenilənmə çıxıb. Sonuncu ISO təsvir 10.04.4 versiyasına malikdir. 12.04 versiyasının dəstəklənməsi yeni təsvirlərin çıxmağı ilə bərabər qüvvədə saxlanılacaqdır.(12.04.5 və daha yuxarı aprel ayının 2017-ci ilinə qədər). 13.04 Raring Ringtail versiyasından başlayaraq siravi (LTS olmayan) relizlərin dəstəyi 18 ay əvəzinə 9 aya endirilib..

Ubuntu və onun variantlarını internetdən endirmək və ya ShipIt xidməti vasitəsilə disk formasında əldə etmək olarUbuntu Support: ShipIt FAQ ShipIt changes

Paketlər və dəstək thumb|Ubuntu 10.04 LTS LiveCD rejimi Ubuntuda bütün proqram təminatı komponentlər adlanan dörd hissəyə bölünür. Bu lisenziyada fərqi və mümkün dəstəyin mərhələsini qiymətləndirmək üçündür.

Paketlər komponentlər üzrə aşağıdakı kimi bölüşdürülür: Ubuntu Azad PT Qeyri-azad PT Dəstəklənən Main Restricted Dəstəklənməyən Universe Multiverse

Main və Universe Ubuntu lisenziyası tələblərinə tam cavab verən proqram təminatları təşkil edir.

Ubuntu üçün yaradılan qeyri-azad proqram təminatlı paketlər adətən dəstəklənmir ancaq burada müəyyən istisnalar (Restricted) da mövcuddur. Bu istisnalara müəyyən qeyri-azad drayverlər aiddir ki, bu əlavələrsiz istifadəçilərin sistemdə fəaliyyəti aşağı düşə bilər. Bu cür istisnalara xüsusilə qrafik drayverlər aiddir (məsələn Nvidia və ya ATi drayverləri). Dəstək səviyyəsi Main-lə müqayisədə olduqca aşağıdır. Çünki yaradıcıların mənbə kodlarına girişi məhdud ola bilər.

Proqram təminatı propritiar olsa da yayılmağa məhdudiyyət olmadıqda Multiverse repozitoruna daxil olunur. Məsələn Multiverse "Ubuntu-restricted-extras" paketinə malikdir ki, bu da adətən propiritiar multimedia kodekləri Adobe Flash-plaqini, JRE və ya Windows şriftlərinə malik olur.

Bəzi proqram təminatı isə ümumiyyətlə Ubuntu ilə yayılmır: Content Scramble System oynadan proqram təminatı. Windows Media kimi proprietiar multimedia formatlarının kodlaşdırılması və dekodlaşdırılması üçün kitabxanalar.Codecs install . Ubuntu Wiki Bu və bəzi digər paketlər qeyri-rəsmi repozitor mənbəsində tapmaq mümkündür: Medibuntu.

EasyUbuntu və Automatix tipli, qeyri-rəsmi avtomatik yazılma və nizamalama proqram təminatları da həmçinin Ubuntunun rəsmi paketlərinə daxil deyil.