Behbud xan Azad xan oğlu Cavanşir () — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi Azad xanın oğlu.
Həyatı Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul)Cavanşir Behbud xan Azad xan oğlu // M. Mərdanov, Ə. Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 2 B-Ə. Bakı: Təhsil, 2019, səh. 100 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. left|thumb|Peterburq müsəlman tələbələr qrupu. M Əzizbəyov ikinci sıradadır (soldan birinci). Soldan sağa üçüncü sırada əyləşənlər: B. Cavanşir (2-ci), X. Məlik-Aslanov (3-cü) və M. Dahadayev (6-cı)
Siyasi fəaliyyəti 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir.
1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"ninДокументы по русской политики в Закавказье. B 1920. стр. 25 ad və soyadları yenidən açıqalanır. Yalnız Lütvəli bəyin adının yerli dialektə uyğun olaraq Niftalı bəy kimi yazılması informasiyanın şifahi mənbəyə əsaslandığını təsdiqləyir. Tədbirlər görülənə qədər xalq arasında geniş nüfuza malik olan "Difai"nin səyi sayəsində erməni terroru ilə üz-üzə qalan saysız-hesabsız günahsız vətəndaş ölüm təhlükəsindən xilas olur.
1908-ci ildə Bakıda "Daşnaksütyun" partiyasını möhkəmləndirmək məqsədi güdən xəyanətkar Stepan Şaumyan pərdələnərək Behbud xanın sayəsində "Xalq Evinin" müdiri təyin olunur. Dubinski-Muxadzenin "Şaumyan" kitabında bu məsələlərə aydınlıq gətirilir. Orada bildirilir ki, realnı məktəbdə altı il birgə oxuyub, ürək sirrlərini bir-birlərinə açan Azərbaycanlı xanın oğlu Behbud Cavanşirin erməni Şaumyanın həyatındakı rolu böyük olsa da, Stepanla Behbud çox vaxt eyni yolla getməmişlər. Onları bir-birindən çox şey ayırırdı – ictimai vəziyyət, həyat idealları, siyasi baxışlar.
Almaniyada mədən akademiyasını bitirəndən sonra Behbud Cavanşir bacarıqlı mühəndis kimi qayıtmış, iri neft sənayesi firmalarının direktoru işləmişdir. Azərbaycan millətçilərinin hökumətində onun üçün nazir vəzifəsi ayrılmışdır. Sonra Behbud millətçilərlə əlaqəni kəsərək özünü Sovet hakimiyyətinin sərəncamına verir.
1918-ci il iyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin yaratdığı hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutan Behbud xan Cavanşir həmin ilin oktyabrın 6-da sənaye və ticarət nazirini də əvəz edir. Sonradan vəzifədən uzaqlaşdırılsa da, parlamentdə iştirak etməklə yanaşı, 18 iyul 1919-cu ildən "Dəyanət" kommersiya şirkəti açıb xarici ticarətlə məşğul olur və bu sahədə görünməmiş müvəffəqiyyət qazanır.
Behbud xan Cavanşir Xosrov bəy Sultanov, Əbdüləli bəy Əmircanov və Teymur bəy Makinski ilə birgə fikir ayrılıqları səbəbi ilə 1919-cu ilin fevralında Müsavat və bitərəflər fraksiyasından ayrılmışdır.
Behbud xan Cavanşirin Almaniyadan gətirərək öz sahələrində əkdirdiyi yumşaq buğda növləri və uşaqlıq dostu Əlfinin fermer təsərrüfatında bəslənilən qara-ala buzovları Qarabağ iqliminə uyğunlaşmışdı. Qarabağda bu günə qədər yaddaşlarda qalmış "Behbudun çörəyi, Əlfinin qatığı" deyimi də görülən işin səmərəsinin təsdiqidir. O vaxt Qarabağda yolların abadlaşdırılması da, buraya ilk avtomobil gətirmiş Behbud bəyin adı ilə bağlıdır.
Azərbaycan cəmiyyətindəki sabitliyə ciddi təsir edən amillərdən biri Müsavatda formalaşaraq partiya daxilində, parlamentdə və cəmiyyətdə stabilliyin pozulmasına şərait yaradan sol qanad idı. Parlamentdə sağlam müxalifət olan Q. Qarabəyovun rəhbərlik etdiyi "İttihad"a qoşularaq ziddiyyəti artıran sol qanadın əsas lideri M. H. Hacınskiyə nüfuz sahibi olan bitərəflər qrupunun rəhbəri Behbud xan Cavanşirin də qatılması ciddi platforma yaradırdı. Bir vaxtlar Əhməd Ağaoğluyla birgə "Difai"ni yaratmış Qarabəy Qarabəyov, Məhəmməd Həsən Hacınski, Behbud xan Cavanşirin Sovet Rusiyası ilə diplomatik münasibətlər qurmaq tələbini təftiş edən bəzi tədqiqatçıların onları bu məqsədə görə günahlandırmaları əsassızdır.
Türkiyəli millət vəkili Rza Nurun xatirələrində yazır: "Behbud Cavanşir adında birisini tanıdım. Gənc, mehriban, son dərəcə ağıllı və bilikli biri idi. Almaniyada bir zamanlar mühəndislik təhsili alıb. Bolşeviklərə qarşı imiş. Ruslardan əvvəlki milli Azərbaycan Cümhuriyyətində Daxili işlər naziri idi. Ruslar Azərbaycanı işğal etdikdə onu həbs ediblər. Neft zavodlarını heç kim düzgün idarə edə bilməyib. Cavanşiri çıxarıb ora qoymağa məcbur qalıblar. O da işi düzəldib, yerinə qoyub. Bu adam çox Türkçü və vətənpərvərdir."right|thumb|İstanbuldakı "Pera Palace" hoteli (1900)Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti Xarici Ticarət Təmsilçisi kimi neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşayan Behbud xan Cavanşir 1921-ci ilin yayında milliyyətcə rus olan həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbulda Əhməd bəy Ağaoğlunun qonağı olur. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım xatirələrində yazır: "Atam Maltadan qayıtdıqdan sonra erməni dostlarından bir professor bizə gələrək atamın ermənilərin qara siyahısında olduğunu, atamı sevən dost kimi onu xəbərdar etməyi özünə vəzifə bildiyini və buna görə də hərəkət etmək lazım gəldiyini söylədi…. Azərbaycan daxili işlər naziri Behbud xan Cavanşirin də ermənilərin qara siyahısında olması xəbərini almışdıq. O arada Cavanşir xanımı və iki qardaşı ilə Parisə getmək üçün İstanbula gəlmişdi. Özü vəziyyətə tez uyğunlaşan adam idi və bizim Şahzadə başındakı evimizdə beş gün gizli yaşadı, Ancaq rus əsilli xanımı bu həbs həyatına dözə bilməyəcəyini söylədiyindən evimizi tərk edib "Pere Palas" mehmanxanasına yerləşdilər. Ertəsi gün səhər tezdən anamla Behbud xanın axşam "Pere Palas" mehmanxanasına gələrkən bir erməni tərəfindən vurulduğunu eşitdik." (Vilayət Quliyev. Ağolular. B.1998. səh 153.) Bu hadisə Rıza Nurun xatirələrində belə yazılır: "Cavanşiri Moskva'dan qayıdanda Tiflisdə gördüm. O vaxt Ruslar Gürcüstan'ı işğal etmişdilər. Onu oradan neft ticarəti üçün İstanbul'a yolladılar. Cavanşir də elə onların arasından sıyrılmaq istəyirdi. İstanbulda Beyoğlunda Pera Palasda ikən, əvvəllər nazir olduğu vaxt Ermenilər Qarabağa hücum ediblər, Türklərə qarşı qətliam törədiblər. Cavanşir də əsgər göndərib Erməniləri qovub və Qarabağı işğaldan azad edib. Buna görə də bir gün Ermənilər Hotelin yaxınlarında yazığı güllələyib öldürüblər."
Ölümü 17 iyul 1921-ci ildə Behbud xan Cavanşirin həyat yoldaşı Tamara xanım, qardaşları Cümşüd və Surxayla gecə saat 23–00-da "Təpəbaşı" Ailə Kazinosunun İtalyan səfirliyinə baxan qapısından çıxaraq "Pere Palas" (Pera Palace) hotelinə yönələrkən arxadan qaçaraq gələn, şapkasını gözlərinin üstünə qədər endirmiş cılız, kəsik bığlı, əyri burunlu birisinin Mauzer markalı silahdan açdığı atəşlə ağır yaralanması Murat Çulcunun "Ermeni entrikalarının pərdə arkası. Torlakyan davası" kitabında dəqiq təsvir olunur. Üç dəfə dalbadal açılan atəşdən sonra yaralı Behbud xanın qatilin üzərinə gedərkən üzüüstə yerə yıxılması, növbəti güllənin Tamara xanımla birgə qatilin silah tutan əlindən yapışmış iyirmi yaşlı Cümşüdün sol yanağını sıyırması, Galatasaray mərkəzi karakolunun polis məmuru Əli əfəndinin fit çalaraq hadisə yerinə yetişib Mişak Torlakyanı qandallaması və nəhayət xəstəxanaya çatdırılan Behbud xanın otuz beş dəqiqədən sonra heç bir tibbi müdaxilə edilmədən dünyasını dəyişməsi, rus inqilabı və hərcmərclik illərində dəfələrlə sui-qəsdlərə məruz qalsa da, öz həyatını soyuqqanlıqla qorumağı bacaran bir igidin: "Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram!" son kəlmələri kitabda əksini tapıb. thumb|243x243px|Bahbud Xan Cavanşirin Beşikdaşdakı Yəhya Əfəndi dərgahında məzarı thumb|189x189px|Behbud xanın qatili Misak Torlakyan 20 iyul 1921-ci ildə, ölümündən üç gün sonra bəzi qüvvələrin müqavimətinə baxmayaraq Behbud xanın Beşikdaşdakı Yəhya əfəndi dərgahındakı dəfn mərasimi kütləvi nümayişə çevrilir, lakin ingilis hərbçilərin qərargahinın yerləşdiyi Kroker hotelində (indiki İstanbul Sənaye Odasının binası) saxlanılan terrorçu Misak Torlakyanın məhkəməsi bilavasitə cinayət hadisəsini deyil, millətlərarası münaqişəni birtərəfli araşdırmaqla siyasiləşdirdi. Behbud xanın bolşeviklərlə əlaqəsini qabardan məhkəmə başkanının sualını cavablandıran Cümşüd xan məhkəməyə ifadə verir ki, qardaşı bolşeviklərə xidmət etmək məcburiyyətində qalmışdı, əks halda ac qalacaqdı. Bolşeviklər ona mühəndislik vəzifəsi verdilər, o, da bunu məmnuniyyətlə qəbul etdi. Çünki bu iş onun ixtisasına aid idi. Bu hadisəni yenə Rıza Nur xatirələrində belə yazır: "O zaman İstanbulda ingilislərin müharibə məhkəməsi var idi. Erməniyi(Misak Torlakyan) bəraət verdilər. Guya Cavanşir Bakıda nazir ikən Ermeniləri qırıb. Bəraətə səbəb budur. Gülüncdür!.. Bu ədalət deyil, ədəbsizlikdir , halbuki iş başqa cürdür. Ermənilər Azerbaycanı, heç olmasa Qarabağı işğal etmək istəyirdilər. Azərbaycan hökuməti də haqlı olaraq buna qarşı qoyub."
Məhkəmə prosesində az qala millət qəhrəmanına çevrilən Torlakyanın vəkili Hasruyanın sualını cavablandıran Tamara xanımın həyat yoldaşının Müsavat firqəsindən ayrılması faktını qulaq ardına vuran hakimlər ingilislər əleyhinə hazırlanan planlarda əli olduqlarından şübhələndikləri Behbud xanın Ənvər paşa və Nuru Paşa ilə əlaqələrini önə çəkirlər: "İngilislərin əleyhinə hazırlanan planlar və ya erməni qətllərində yoldaşımın zərrə qədər qatılacağı yoxdur. Bakının türk əsgərləri tərəfindən işğalından üç həftə sonra Nuru Paşa evimizə gəldi. Ənvər Paşa evimizə gəlməmişdi. Nuru Paşa isə bizi rəsmən ziyarət etmişdi" sözləri Tamara xanımın çəkinmədən həqiqəti söylədiyini təsdiqləyir.