Leyla Abdullayeva Arif qızı () — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırışDördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. meclis.gov.az deputatı. Sumqayıtın ilk qadın deputatıdır.
Həyatı Leyla Abdullayeva 1959-cu il iyunun 11-də Naxçıvan şəhərində anadan olmuşdur. 3 yaşından Sumqayıtda yaşayır. Orta təhsilini Sumqayıt şəhərinin 1 və 15 saylı orta məktəblərində alıb. 1976-cı ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub, 1981-ci ildə rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə məzun olub. 2003-cü ildə Azərbaycan dili və ədəbiyyatı üzrə ikinci ixtisasını alıb.
Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2009-cu ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Subaydır.
Rus dilini bilir.
Fəaliyyəti Leyla Abdullayeva 1982-ci ildən Naxçıvan şəhərinin 1 saylı internat məktəbində və 6 saylı orta məktəbində, 1984-cü ildən Sumqayıt şəhərinin 15 saylı orta məktəbində, 1995-ci ildən "İstedad" liseyində müəllim işləmişdir. 2005-ci ildən F. Piriyev adına Sumqayıt şəhər 18 saylı orta məktəbin direktorudur.
O, 2 dərs vəsaitinin müəllifidir.
O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər təşkilatının, YAP Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvüdür.
2009-cu ildə Sumqayıt şəhər bələdiyyəsinə keçirilən seçkilərdə partiyanın namizədi kimi iştirak edib və bələdiyyə üzvü seçilib.
2010-cu ildə 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Braziliya, Estoniya, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2015-ci ildə növbəti seçkilərdə hakim Yeni Azərbaycan Partiyası Leyla Abdullayevanı 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim etsə də, o sonradan deputatlığa namizədliyini geri götürüb. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamasın görə, Abdullayeva dövlət qulluğunda çalışmaq barədə qərar verib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir. Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsinə ayrılan müddət başa çatdığından Yeni Azərbaycan Partiyası 41 saylı Sumqayıt I Seçki Dairəsindən Leyla Abdullayevanın əvəzinə yeni namizəd irəli sürməyib.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Sumqayıt bələdiyyəsinin üzvləri