Malik Əvəz oğlu Həsənov () — Azərbaycan Respublikasının Milli Məclisi IV, V, VI və VII ci çağırış deputatı.Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. meclis.gov.az

Həyatı 1971-ci il fevralın 15-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirmişdir.

1997-ci ildən Xəzər Dəniz Gəmiçiliyi İdarəsində müfəttiş, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə şöbəsinin müdiri işləmişdir. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik etmişdir.

Evlidir, 3 övladı var. Malik Həsənov prezidentin köməkçisi Kərəm Həsənovun qardaşıdır.

Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikasının Milli Məclisi IV, V və VI çağırış deputatı seçilmişdir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları