Vandom meydanı (), əvvəlki "Böyük Lüdovik meydanı" () — Parisin "beş kral meydanından" biri. Vandom meydanı Parisin I arrondessmentində Paris operasının yaxınlığında yerləşir. Meydana Paris metrosunun 3,7,8 xətləri ilə yetişmək mümkündür. Vandom meydanı 1699-cu ildə XIV Lüdovikin şərəfinə memar Jyulya Arduen Mansara tərəfindən layihələşdirilərək salınmışdır. Meydan öz adını Sezar de Vandom sarayından götürmüşdür. Belə ki, 1720-ci ildə inşaası tamamlanan, klassisizm memarlıq üslubunda olan Sezar de Vandom sarayı meydanı əhatə edir. Meydanın mərkəzində 44 m hündürlüyündə Romadakı Trayan sütununun bənzəri olan Vandom sütunu ucalmaqdadır. Sütunun ucunda Napoleonun heykəli qoyulmuşdur. Meydanın qərb hissəsində, № 15-də 1898-ci ildə Sezar Riç tərəfindən əsası qoyulmuş, 1979-cu ildən milyarder Mohamed əl-Fayediyə məxsus olan, Koko Şanel (37 il hoteldə yaşamışdır), Çarli Çaplin, Ernest Heminquey, Marsel Prust və s. kimi bir çox görkəmli şəxslərin qalmış olduğu Ritç hoteli yerləşir. № 12-də 1849-cu ildə bəstəkar Şopen vəfat etmişdir. Həmin bu ünvanda III Napoleon öz gələcək həyat yoldaşı Yevgeniya ilə tanış olmuşdur. № 21-də 1934-cü ildən etibarən fransız moda və dizayn ustası Elza Skiaparellinin moda evi yerləşir. 400px|center|frameless N°1 : Hôtel Batailhe de Francès N°3 : Hôtel de Coëtlogon N°5 : Hôtel d'Orsigny N°7 : Hôtel Le Bas de Montargis N°9 : Hôtel de Villemaré N°11 : Hôtel de Simiane N°13 : Hôtel de Bourvallais N°15 : Hôtel de Gramont N°17 : Hôtel de Crozat N°19 : Hôtel d'Évreux N°21 : Hôtel de Fontpertuis N°23 : Hôtel de Boullongne N°25 : Hôtel Peyrenc de Moras N°2 : Hôtel Marquet de Bourgade N°4 : Hôtel Heuzé de Vologer N°6 : Hôtel Thibert des Martrais N°8 : Hôtel Delpech de Chaunot N°10 : Hôtel de Latour-Maubourg N°12 : Hôtel Baudard de Saint-James N°14 : Hôtel de La Fare N°16 : Hôtel Moufle N°18 : Hôtel Duché des Tournelles N°20 : Hôtel de Parabère N°22 : Hôtel de Ségur N°24 : Hôtel de Boffrand N°26 : Hôtel de Noce N°28 : Hôtel Gaillard de la Bouëxière

Həmçinin bax Vandom sütunu Konkord meydanı Viktoriya meydanı Dofina meydanı Vogezlər meydanı

thumb|500px|center|Vandom meydanı

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə meydanlar Kateqoriya:Paris meydanları Kateqoriya:Beş kral meydanı Kateqoriya:Parisin I arondismanındakı binalar və tikililər