thumbnail

Çardaş ( - aşxana, meyxana) — macar xalq rəqsi.

Tarixçə 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindirEldar İskəndərov. Çardaş və markarlar və yaxud markalarda əksini tapan macar rapsodiyası. "Musiqi dünyası" jurnalı.. thumbnail Özəllikləri Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.

İstinadlar

Video Çardaş rəqsini İZLƏ Rəşad İlyasov qanunda - Çardaş

Həmçinin bax Çardaş (film, 1973)

Kateqoriya:Macar xalq rəqsləri Kateqoriya:XVIII əsr musiqi janrları Kateqoriya:Cütlük rəqsi