İspan–ABŞ müharibəsi — Amerika Birləşmiş Ştatları üçün mühüm əhəmiyyət kəsb edirdi. O,kapitalizmin inkişafının imperialistik mərhələsini açmışdır. Koloniyaların dünyanın böyük dövlətləri tərəfindən yenidən bölüşdürülməsi də, məhz bu dövrdən başlanmışdır. XIX əsrin ortalarından başlayaraq ABŞ Avropada və dünyanın digər regionlarında ictimai-iqtisadi və ictimai-siyasi təsirini nəzərə çarpan dərəcədə artırmışdı.

İspan-Amerikan müharibəsi göstərdi ki, ABŞ özünü Şimali və Cənubi Amerikanın tamhüquqlu sahibi hesab edir və Qərb yarımkürəsində heç bir xarici qüvvənin iştirakına icazə verməyəcək. Faktiki olaraq 1898-ci ildə ABŞ beynəlxalq əhəmiyyətli dövlət rolunu oynamağa başladı.

Müharibənin başlama səbəbləri Bütün XIX əsr ərzində ABŞ Kuba ilə bağlı siyasətində 2 istiqamət müəyyənləşdirmişdi: Ya ABŞ Kubanı özünə tabe edəcək, ya da ki o, İspan müstəmləkə imperiyasının hissəsi kimi qalacaq. 1808–1809-cu ildən başlayaraq prezident Ceferson, Şimali Amerikalıların Kubada hökmranlığını qurmaq üçün bəyanatlar verməyə başladı. Birləşmiş Ştatlar Kubanın İspaniyanın hakimiyyəti altında qalmasını üstün tutdu və ada üzərində nəzarəti ələ almaq üçün düzgün anı gözlədi. Vəziyyət Texasın və Kaliforniyanın, həmçinin Arizona və Yeni Meksikanın Birləşmiş Ştatlar tərəfindən zəbt edilməsindən sonra dəyişdi. ABŞ öz hakimiyyətini Meksika körfəzi sahilində genişləndirdikdən sonra Kubanı ələ keçirtməyə cəhd göstərdi. Lakin İspan tərəfi bundan imtina etdi. Bundan sonra isə ABŞ-nin Şimalı və Cənubu arasında 1861–1865-ci illərdə vətəndaş müharibəsinin baş verməsi ilə bu danışıqlar təxirə salındı.

Köləliyin ləğvi ilə ABŞ-nin inkişafında yeni xüsusiyyətlər ortaya çıxdı. XIX əsrin sonlarında Birləşmiş Ştatlar inkişafın daha sürətli yolu olan İmperialistik inkişaf yolunu tutmuşdur. XIX əsrin sonunda Kuba yenidən ABŞ-İspaniya müharibəsində əsas yeri tutmağa başladı. Əminliklə demək olar ki, Amerikan imperializminin meydana çıxan ilk böyük bazarı Kuba idi. ABŞ-nin daxili bazarları artıq Amerikan müəssisələrinin istehsal etdiyi məhsulların həcminin öhdəsindən gələ bilmədi və buna görə də xarici bazarlara ehtiyac yarandı. Buna görə də İspan-Amerikan müharibəsinin əsas səbəbi bu idi:

1) Qərb yarımkürəsində ABŞ-nin iqtisadi dominantlığını təmin etmək və Asiya bazarlarını ABŞ üçün açmaq. Amerikan kapitalistlərinin Kuba iqtisadiyyatına qoyduğu kapital 1895-ci ildə 50 milyon dollar təşkil edirdi. Bu dövlətlər arasındakı mal dövriyyəsi isə 100 milyon dollara çatmışdır. ABŞ-nin kommersiya şirkətləri və bankları Kuba iqtisadiyyatının əsas sahələrinə nəzarət edirdilər. Bu sahələr sırasına şəkər xammalı, həmçinin ikinci vacib sahə olan tütün sahəsi daxil idi. Amerikanlara şəkər və tütün plantasiyaları və zavodları, dəmir yolları, mədənlər, limanlar, gəmiqayırma və ticarət müəssisələri, maliyyə təşkilatları və s. məxsus idi. Beləliklə, Kubanın maliyyə və iqtisadi həyatı faktiki olaraq ABŞ-nin nəzarəti altında idi. Bütün XIX əsr ərzində Amerikan hökumətləri İngilis və Fransız ordularının Kuba ərazisindən öz bazaları üçün istifadə edərək ABŞ-yə hücum etmək imkanlarının olması barədə fikirlər söyləmişlər. Faktiki olaraq Birləşmiş Ştatlar ehtiyat edirdi ki, bu dövlətlərin hər ikisi, həmçinin Qərb yarımkürəsində dominantlığına səy göstərən dövlətlər Kubanı Amerikan kapitalının yolunda maneəyə çevirə bilər. Buna görə də İspan-Amerikan müharibəsinin ikinci səbəbi bu idi:

2) Avropa dövlətlərinin Qərb yarımkürəsindəki siyasi və iqtisadi təsirini zəiflətmək istəyi.1895-ci ildə Kuba üsyançıları İspaniyadan Kubanın müstəqilliyini tələb edərək qiyam qaldırdılar. İspan ordusu Kubadakı Amerikan vətəndaşlarının və onların mülkiyyətlərinin təhlükəsizliyinə zəmanət verə bilmədi. Beləliklə müharibənin başlanmasının üçüncü səbəbi kimi:

3) Kubada ABŞ vətəndaşlarının və onların mülklərinin üsyançıların hücumlarından qorumaq. Daha bir səbəb isə Kubadakı qiyamı yatırmaq üçün buraya göndərilmiş ispan generalı Veylerin qəddar siyasəti idi. Belə ki, onun qəddar siyasəti nəticəsində müstəmləkə əhalisinin 1/3-i məhv olmuşdur. ABŞ hökuməti hesab edirdi ki, onlar Kuba xalqını İspan hərbi hakimiyyət orqanlarından qorumalı idilər. Müharibənin başlanmasına əsas 2 insident səbəb olmuşdur.

1) Prezident Mak-Kinli haqqında İspan diplomatik nümayəndəsi Kanalehasunun boş fikirlərini özündə cəmləşdirən məktubun Havanada görüş zamanı ABŞ nümayəndə heyətinə təqdim edilməsi. Lakin İspan hökuməti dərhal səfiri geri çağırdı və elan etdi ki, onun şəxsi fikirlərinə görə məsuliyyət daşımır. ABŞ mətbuatı isə bunu dövlətin təhqiri kimi elan etmişdir.

2)1 fevral 1898-ci ildə Amerikan kreyseri "Meyn" xoşməramlı səfərlə Havana körfəzinə daxil olmuşdur. Həmin vaxtda Amerika sahillərində ispan hərbi gəmiləri yerləşirdi. 15 fevralda "Meyn" partladı və batdı. Onun bütün heyəti (266 nəfər) isə həlak oldu. Kreyserin parçalanmış hissələrini araşdırdıqdan sonra Amerikan komissiyası elan etdi ki, partlayışın səbəbi sualtı mina olmuşdur və bu hadisədə günahı İspan dənizçilərində gördü. Lakin ispan tərəfi isə bildirdi ki, partlayışın səbəbi gəminin daxilindəki baş verən nasazlıqdır və bu partlayışda ispan tərəfinin heç bir günahı yoxdur. Lakin yenə də razılıq əldə olunmadı.

Beləliklə, 1898-ci il fevralın sonunda ABŞ və İspaniya arasındakı gərginlik ən yüksək həddə çatmışdır. "Meyn" in məhv olmaq səbəbi hələ də qeyri-müəyyən qalırdı. Lakin amerikanların gəldiyi nəticəni də həqiqətə uyğun hesab etmək olardı. Ancaq İspaniya ABŞ ilə müharibədə qətiyyən maraqlı deyildi və hər yolla bunun qarşısını almağa cəhd edirdi. Lakin belə bir fikir də var idi ki, partlayışı Amerikan hərbi agentləri törətmiş və müharibənin alovlanmasına səbəb olmuşdur.

Müharibənin iştirakçıları 1898-ci il İspan-Amerikan müharibəsinin iştirakçıları sırasında ABŞ və İspaniyadan savayı Kuba Azadlıq ordusu və Filippin Milli ordusu da var idi. Bu dövrdə İspaniya mühafizəkarların, liberalların və anarxistlərin hökumətin siyasətinə qarşı təşkil etdikləri etirazlara şahid oldu. Saqasta Liberal hökumətinin xarici siyasəti Kubanın, Puerto Rikonun, Filippinin, Karolin və Marian adalarının, Palay arxipelaqının və Afrikanın bəzi ərazilərinin İspan müstəmləkə imperiyasının tərkibində saxlanılmasına yönəlmişdi. Milli azadlıq hərəkatı ispanların müstəmləkə ağalığının əsaslarını dağıttı.

1892-ci ildə Kubada Kuba inqilabi Partiyası yarandı. Onun məqsədi Kubalıları müstəqillik uğrunda ciddi mübarizəyə hazırlamaq idi. Onun lideri isə məşhur kubalı siyasətçi Xose Marti idi. Partiyanin proqramina aqrar islahat, həmçinin irqi ayrı-seçkilik söz azadlığı, həmçinin azad toplaşmaq və s. demokratik azadlıqlar daxil idi. 24 fevral 1895-ci ildə qiyam başlandı. Bu 1895–1898-ci illəri əhatə edən Milli Azadlıq hərəkatına çevrildi. Lakin 1895-ci il 19 Mayda Xose Marti, Das Rios döyüşündə həlak oldu. Qiyamda idarəedici rolu hərbçilər: Azadlıq ordusunun baş komandanı Maksimo Qomes və onun köməkçisi Antonio Maseo və Kalisto Qarsiya ələ aldılar. Qiyamçıların fəaliyyəti müvəffəqiyyətli idi. Belə ki, 1895-ci ilin qışında artıq Havana mühasirəyə alınmışdı. Həmin dövrdə adanı idarə edən ispan generalı kapitan Martines Kompos Madridə ciddi vəziyyət haqqında məlumat verdi və təcili islahat keçirilməsini tələb etdi. İspan hökuməti bundan imtina etdi və 10 fevral 1896-cı ildə general Valeriano Veyleri onunla əvəzlədi. O, inqilabçılarla hər hansı bir əlaqəsi olan kubalıların həbs düşərgələrinə salınmasına və edamına icazə vermişdi. Ciddi cəzalandırıcı əməliyyatlarına görə Veylerə "qəssab" ləqəbi verilmişdir.

1895-ci ildə Prezident Klivlend ABŞ-nin İspaniya-Kuba müharibəsində neytrallığını elan etmişdir.

1896-cı ilin aprelində general Veyer tərəfindən Kuba üsyançılarına kömək etməkdə şübhəli bilinən ABŞ vətəndaşları həbs olunmağa başlandı. ABŞ Konqresi prezidentdən Kubadakı hadisələrə aktiv müdaxilə etməyi tələb etdi. Bu göstərdi ki, ABŞ Kuba qiyamçılarını müharibə edən tərəf kimi tanımış və qanuni əsaslarla onlara yardım göstərmək üçün Ştatlara imkan vermişdir. Lakin Ağ Evdə Klivlendin etirazı bunu təxirə salmışdı. Hər şey 1897-ci ilin martında baş tutmuş seçkidən sonra dəyişdi. Həmin vaxtda Mak-Kinli prezident seçildi. Baxmayaraq ki, o problemin həllini sülh yolu ilə həll etməyi arzulayırdı lakin yeni prezident dərhal Kubanin müdafiəsi məsələsini qaldırdı. Ancaq İspan hökuməti ABŞ-in sülh niyyətlərindən şübhələnirdi. Xüsusilə də Amerikanların müharibə üçün gizli hazırlıq aparmaları, onları belə düşünməyə vadar etmişdi. Hərbi müdaxilədən boyun qaçırmaq ümidilə 1897-ci ilin sonunda general Veyler Kubadan geri çağrıldı. ABŞ hökuməti ümid edirdi ki, təzyiq və təhdidlərlə çox şeyə nail olmaq olar. ABŞ diplomatik heyəti İspaniyada çox provakativ davrandılar. Onlar ispanlara ultimatium verərək, bu müharibənin 1897-ci il noyabrin 1-dək bitirməsini tələb etdilər.

Rəsmi Madrid güzəştə getməyə məcbur oldu. Veylerin geri çağrılması istisna olmaqla, İspaniya Kuba və Puerto-Rikoya muxtariyyət verməyə və bu adalara konstitusiya tətbiq etməyə söz verdi. ABŞ da öz növbəsində neytrallığını qorumağa söz verdi. 1 yanvar 1898-ci ildə Kuba muxtariyyət aldı. Lakin nə üsyançılar, nə də Birləşmiş Ştatlar bunu tanımadılar. 15 fevral 1898-ci ildə isə (əvvəldə qeyd olunduğu kimi) "Mayn" gəmisi qeyri-müəyyən vəziyyətdə partlamış və bu hadisədə ABŞ İspaniyanı günahlandırmışdır. İspaniya isə ABŞ ilə hər hansı bir konfliktə girməyə qorxurdu. Lakin bu müharibə ABŞ-nin çox nüfuzlu qüvvələri üçün arzuolunan idi. Senator Loc Con Heyn və 1897-ci ildə Dəniz nazirinin müavini vəzifəsində çalışmış Teodor Ruzvelt İspaniya ilə müharibəyə çoxdan hazırlaşmışdılar. Bütün ştatlarda "Meyni yadda saxla" şüarı dolaşırdı. Amerikan hökuməti bu dövrdə "ikili siyasət" yürüdürdü. Bir tərəfdən Kuba inqilabçılarına pul və silahla yardım göstərir, digər tərəfdən isə ispaniyaya qiyamı yatırmaqda dəstək verirdi. ABŞ-nin siyasəti açıq-aşkar fitnəkar siyasət idi və İspaniyayla Kuba arasındakı konflikti süni şəkildə daha da alovlandırmaqla gələcəkdə müharibəni İspaniyanin boynuna qoymağa çalışırdı. "Meyn" gəmisinin partlamasından sonra ABŞ və İspaniya arasindaki münasibətlər hər gün daha da pisləşirdi. 27 martda Vaşinqton Madriddən həbs düşərgələrinin ləğv edilməsini, ehtiyaci olan kubalilari ərzaq məhsulları ilə təchiz etməyi, 1898-ci il oktyabrın 1-dək Azadlıq ordusu ilə barışıq imzalamağı və bu danışıqlarda ABŞ-nin vasitəçi kimi iştirakının tələb etdi. 31 martda Madrid Amerikanın şərtlərini qəbul etdi, həbs düşərgələrini ləğv etməyi və ehtiyac işində olan kubalılar üçün 3 mln peso təyin etməyi vəd verdi. Lakin ABŞ-nin vasitəçiliyini qəbul etmədi. 7 aprel 1898-ci ildə Avropanın aparıcı dövlətləri (Almaniya, Fransa, Rusiya, Avstriya-Macarıstan, İtaliya) İspaniya ilə sülhü qorumaq barədə ABŞ prezidentinə müraciət etdilər. Roma papası XII Lev vasitəçi olmağa razılıq verdi. Böyük Britaniya Almaniya ilə ixtilaflar səbəbindən ABŞ-ni dəstəkləmişdi. Hər halda aprelin 9 da İspaniya Kubadakı hərbi əməliyyatları dayandırmışdır.

İngiltərənin tutduğu mövqe İspaniyani inandirmişdir ki, əgər ABŞ müharibəyə başlayacaqsa İspaniya hərbi əməliyyatlarda təkcə Kubanı itirməyəcək.10 apreldə ABŞ-nin Madriddəki səfiri Vudvord Mak-Kinliyə teleqram vuraraq bildirdi ki, İspaniya hökuməti ABŞ-nin arzu etdiyi kimi, Kubaya muxtariyyət verə və yaxud onu Birləşmiş Ştatlara güzəştə gedə bilər. Lakin 11 apreldə Mak-Kinli teleqramı gizlətmiş və Konqresə bildirmişdir ki, sülhü qorumaq cəhdləri müvəffəqiyyətlə başa çatmamışdır.

19 aprel 1898-ci ildə ABŞ Konqresi Kubanin müstəqilliyini tanımaq, həmçinin Kuba adasinin xalqini İspan müstəmləkəçiliyindən azad etmək məqsədilə ABŞ-yə hərbi müdaxilə hüququ verən "Müştərək qərar" qəbul etdi. Həmçinin ABŞ söz verdi ki, barışıq əldə olunan kimi adaların idarəsi və hakimiyyət adanın əhalisinə veriləcək.

20 apreldə Prezident Mak-Kinli Konqresin qərarını təsdiq etdi. 21 apreldə ABŞ İspaniyaya ultimatium verərək Kubanı tərk etməsini tələb etdiBununla da ABŞ-İspaniya əlaqələri kəsildi 22 apreldə Şimali Amerika Atlantik Eskadrası adanı mühasirəyə almaq üçün Kyu-Vestdən Kuba istiqamətində yola çıxdı.