Əsməra (, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir.

Əhalisi Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər).

Qardaşlaşmış şəhərlər Never

Coğrafiyası Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir. Şəhər əsası XII əsrdə qoyulan 4 kəndin yerində yaranmışdır.

İstinadlar

Kateqoriya:Eritreya şəhərləri Kateqoriya:Afrika dövlətlərinin paytaxtları Kateqoriya:Əsməra Kateqoriya:XII əsrdə yaranan yaşayış məntəqələri