İndoneziya dili — İndoneziyanın rəsmi dilidir, Şərqi Timorda da rəsmi statusa malikdir. İndoneziya 1945-ci ildə müstəqilliyini elan etdikdən sonra Malay dilinin standartlaşdırılmış dialektidir. Bu gün Malay və İndoneziya fərqli dillər hesab edilsə də, demək olar ki, eynidir.
İndoneziyada yaşayan insanların əksəriyyətinin ana dili yerli ləhcədir, lakin hamı İndoneziya dilini ikinci dil kimi də bilir. Ölkədə rəsmi yazışmaların, təhsilin və mətbuatın dili İndoneziya dilidir.
İndoneziya dünyanın dördüncü ən çox əhalisi olan ölkəsidir. Əhalisinin çoxluğuna görə İndoneziya dili dünyada ən çox danışılan dillərdən biridir. İndoneziyalıların əksəriyyəti İndoneziya dilini ana dilləri ilə yanaşı yerli dillər (Yava və Sundan dilləri kimi) kimi istifadə edirlər. Ölkə daxilində təhsil, ünsiyyət və media dili əsasən İndoneziya dilidir. 1975-ci ildən 1999-cu ilə qədər İndoneziyanın bir hissəsi olan Şərqi Timorda ingilis dili ilə yanaşı İndoneziya dili də işçi dili kimi qəbul edilnişdi․
Təkcə İndoneziya dilində danışan indoneziyalıların sayı İndoneziyanın 272 milyondan çox əhalisinin 250 milyonunu keçib. İndoneziya dili həmçinin 33 milyon əhalisi olan Malayziya, Cənubi Tayland, Bruney, Sinqapur, Cənubi Filippin, Surinam və Amerika, Kanada, Yaponiya, Koreya və dünyanın müxtəlif ölklərində yaşayan İndoneziya diasporları üçün də ana dilidr. Buna görə də, İndoneziya dilinin İndoneziyada milli dil və ASEAN regionunda beynəlxalq dil kimi funksiyası vardır. İndoneziya dilinin geniş yayılması İndoneziyanın iqtisadiyyat, siyasət, mədəni diplomatiya rolunun güclənməsi ilə bağlıdır.
Həmçinin bax İndoneziyaca Vikipediya Abadi (qəzet)
İstinadlar
Kateqoriya:İndoneziya dilləri Kateqoriya:XX əsrdə tanıdılanlar Kateqoriya:Aqqlütinativ dillər