Mixail Vasilyeviç Frunze () — inqilabçı, sovet partiya və hərbi xadimi.
Həyatı thumb|Mixail Frunzenin İsaak Brodski tərəfindən 1929-cu ildə çəkilmiş portreti Feldşer ailəsində anadan olan Frunze Bişkek şəhər məktəbini bitirdikdən sonra gimnaziyaya daxil olur. 1904-cü ildə gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra Peterburq politexnik institutunun iqtisadiyyat bölməsini qazanır. Məhz institut illərində o, RSDRP sıralarına qoşulur və fəal inqilabçıya çevrilir. Lakin Frunzenin inqilabçı fəaliyyəti ona çox baha oturur. Dəfələrlə həbs edilən Frunzeyə sonuncu dəfə ölüm hökmü verilir, lakin, ictimaiyyətin rəyinə əsasən ölüm hökmü 6 il həbs cəzası ilə əvəz edilir və o, Sibirə sürgün edilir.
Frunze Oktyabr inqilabının ən hərəkətverici qüvvələrini inqilaba ruhlandırırdı. İnqilabdan və vətəndaş müharibəsindən sonra müxtəlif rəhbər vəzifələr tutan Frunzenin ölümü də müəmmalı şəkildə olmuşdur. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti daha da pisləşən Frunze 1925-ci il oktyabrın 31-də vəfat etmişdir. Lakin güman var ki, Mixail Frunze də İosif Stalinin əli ilə "aradan götürülmüşdür".
Filmoqrafiya Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)
Xatirəsi +center|250px İvanovada abidəMoskvada abidəcenter|220pxcenter|220pxTiraspolda xatirə nişanıÜmumi Hərbi Akademiyada büst
Poçt markaları üzərində
Mənbə Фрунзе, Михаил Васильевич
Xarici keçidlər ФРУНЗЕ, МИХАИЛ ВАСИЛЬЕВИЧ
Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizədlər Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvləri Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:Qırmızı terroru törədənlər Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Marksistlər Kateqoriya:RSDFP-nin IV qurultayının nümayəndələri