Əlibəyli — Azərbaycan Respublikasının Qax rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Toponimikası Kürmük çayının sahilində, Alazan–Həftəran vadisindədir. İlisu sultanı Əlibəy Sultanın (XVII əsrin sonu-XVIII əsrin əvvəli) adı ilə bağlıdır. Yaşayış məntəqəsi Əlibəyə məxsus ərazidə ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaxınlığındakı dağ da Əlibəyli adlanır;Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 525 təsərrüfatda hər iki cinsdən toplam 1821 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Milli tərkibi Kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.Центр Льва Гумилева - Современное евразийство: Территория Грузии искусственно увеличивалась за счет Азербайджана ---Ягуб Махмудов, Научное общество кавказоведов Региональная общественная благотворительная организация "Союз ингилойцев": История: История Эрети (Саингило): Алибегло

Tanınmışlar Moisey Georgiyeviç Canaşvili – (19.03.1855 – 19.04.1934) tarixçi-etnoqraf.Tarix, etnoqrafiya və linqvistikaya dair çoxsaylı elmi-populyar tədqiqatların müəllifi.

Mədəniyyət Kənddə Mədəniyyət Evi var.Gürcülər Stalini Qaxda saxlayırlar . publika.az, 06.02.2015

Abidələri M ədəniyyət Evinin binası qarşısında Stalinin heykəli var.

Din Kənddə "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərirQEYRİ-İSLAM DİNİ İCMALARI . scwra.gov.az .

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qax rayonunun kəndləri Kateqoriya:1809-cu ildə yarananlar