Fitnə — 1970-ci ildə Azərbaycanda istehsal olunmuş cizgi filmi.
Məzmun İnsan əlinin zəhməti və iradəsi hesabına ən çətin, hətta ağlasığmaz işlərin də öhdəsindən gələ bilər. Filmin təlqin etdiyi fikir budur.
Nağılın qəhrəmanı gözəl Fitnə xalq arasından çıxmış bir qızdır. O, şaha və onun əyanlarına öz üstünlüyünü sübut edir, şahın məhəbbət və hörmətini qazanır.
Film Orta əsr Azərbaycan miniatür sənəti üslubundadır.
Film haqqında Film dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmişdir.
Applikasiya filmidir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Ədhəm Qulubəyov Rejissor: Ağanağı Axundov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Aqşin Əlizadə Operator: Aleksandr Milov Səs operatoru: Əziz Şeyxov Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Nazim Məmmədov Fon rəssamı: R.Ələkbərov, Elçin Axundov Rejissor assistenti: F.Əfəndiyev Operator assistenti: Ramiz Babayev Montaj üzrə assistent: Lidiya Vyalsova Mətni Oxuyan: Konstantin Artyomov Redaktor: İntiqam Qasımzadə Filmin direktoru: İbrahim Səfərov
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Azərbaycanca filmlər