Nəzəralı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.

Coğrafiyası Nəzəralı kəndi Zərdab rayon mərkəzindən 14 km cənub-şərqdə, Kür çayı sahilində yerləşir.

Tarixi

Sakinlərin dediyinə görə, kəndin əsl adı Nəzəralıxan olub. Güman olunur ki, 1800-cü illərdə Zərdab icmasının Şıxbağı kəndindən çıxmış bəzi ailələr bir zamanlar Nəzəralıxan adlı milyonçunun xidmətində olmuş və buna görə də bu yaşayış məntəqəsi yarandığı gündən həmin xanın adı ilə adlandırılmışdır.

Mədəniyyəti Nəzəralıda məktəb, xidmət obyektləri və s. var.

Coğrafiyası və iqlimi Nəzəralı kəndi Zərdab rayon mərkəzindən 14 km Cənub-Şərqdə, Kür çayı sahilndə yerləşir.

Ərazisi 618,23 hektardır.

Əhalisi Əhalisi 210 nəfər.

Nəsillər Kənddə Hacı Əhməd (Abdurəhmanlı), Yaqublu, İsmayıluşağı kimi böyük nəsillər var.

İqtisadiyyatı Bu kənddə sakinlərin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, quşçuluq, pambıqçılıq, baramaçılıq, yemçilik, bostançılıq, meyvəçilik, balıqçılıqdır.

Mənbə http://www.zerdab.com/?p=1343

İstinadlar

Xarici keçidlər http://www.azerbaijanphoto.com/cgi-bin/site/main2.cgi?choice=thelast;l=0;id=19086;s=4597

Kateqoriya:Zərdab rayonunun kəndləri