Halogenlər ( — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar.

Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. Atom radiusu, reduksiyaedicilik isə artır.

Flüor laboratoriyada alınmır. Yalnız sənayedə ərintinin elektrolizindən alınır. Flüor- qaz halındadır, açıq-sarı rənglidir. Xlor-qaz halındadır, sarımtıl-yaşıl rənglidir. Brom-maye halındadır, qırmızı-qonur rənglidir.

Yod- bərk haldadır, tünd-bənövşəyi rəngdədir.

Yod suda həll olmur. Etil spirtində həll olur. Spirtdə məhlulundan tibdə istifadə olunur. Halogenlər geniş yayılmışdır.

Kateqoriya:Dövri cədvəl qrupu Kateqoriya:Dövri cədvəl

Alınma yolları

Flüor duzalarının ərintisinin, xlor isə duzlarının həm ərintisindən, həm də suda məhlulunun elektrolizi ilə alınır. Brom yenə(və) yodu almaq üçün onların duzlarını xlorla reaksiyaya salırlar. Kateqoriya:Kimyəvi maddələr