Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən 1957-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyası və Maksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.

Məzmun Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 42

Festival və mükafat 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.

Rollarda Vadim Medvedev — Əhməd Semyon Sokolovski — Nuru Fateh Fətullayev — usta Əli İsmayıl Osmanlı — usta Mahmud Tamara Kokova — Həlimə Mərziyyə Davudova — Fatma Əminə Nağıyeva (Əminə Sultanova kimi) — Xədicə Əliağa Ağayev — Feyzi K. Sokolovskaya — Gülsüm Məlik Dadaşov — Nazif Möhsün Sənani — Həsən Adil İsgəndərov — məhkəmə sədri Ramiz Əzizbəyli - ayaqyalın uşaq

İstinadlar

Mənbə Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 147; 206. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 125-126; 144. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər Filmi izlə (rus dilində) Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Həmçinin bax

Kateqoriya:1957-ci ilin Azərbaycan filmləri Kateqoriya:Maksim Qorki adına kinostudiyanın filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1957-ci ilin SSRİ filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri