II Aleksey Komnenos (; ) — Bizans imperatoru.

14 sentyabr 1169-cu ildə Konstantinopolda dünyaya gəldi. Atası Bizans imperatoru I Manuil, anası isə Antioxiya knyazı III Bohemondun bacısı Antioxiyalı Mariyadır. 1171-ci ildə hələ 2 yaşında ikən atası tərəfindən ortaq monarx elan edildi. 2 mart 1180-ci ildə Fransa kralı VII Lüdovikin qızlarından Aqnessa ilə evləndirildi. Nikah əsnasında onun hələ 10, gəlin namizədinin isə 8 yaşı vardı.

Elə həmin il, 24 sentyabr 1180-ci ildə atası I Manuil vəfat etdi və atasının yeganə oğlu və varisi kimi taxta çıxarıldı. Ancaq azyaşlı olması səbəbilə, anası dul-imperatriça Mariya və əmisi oğlu Aleksios Komnenos naib təyin edildi. Ancaq naiblərin hakimiyyəti yerli xalq və aristokratlar tərəfindən etirazla qarşılandı.

Ailənin yaşca böyük üzvü və yetərli siyasi gücü olması səbəbilə, atasının əmisi oğlu Andronik Komnenos paytaxta çağırıldı. 1182-ci ilin baharında topladığı orduyla Konstantinopola yürüdü. Özünü gənc imperator II Alekseyin qoruyucusu elan etdi və müdafiəsiz qalan paytaxtı qısa zamanda ələ keçirdi. 16 may 1182-ci ildə gənc imperatorun tacqoyma mərasimini təşkil etdi. Bütün siyasi rəqiblərini aradan qaldırdı. Bunlar arasında imperatorun anası da vardı. 1183-cü ilin sentyabrında ortaq monarx kimi tac taxdı. Və çox keçmədən II Aleksey boğularaq öldürüldü. Cəsədinin qoyulduğu tabut qurğuşunlandı və dənizə atıldı.

Mənbə

Ədəbiyyat Harris, Jonathan, Byzantium and the Crusades, Bloomsbury, 2nd ed., 2014.

, Vols. A1, A2 & B Kazhdan, Alexander, ed. (1991). The Oxford Dictionary of Byzantium. Oxford and New York: Oxford University Press. ISBN 0-19-504652-8 Spatharakis, Ioannis (1976). The Portrait in Byzantine Illuminated Manuscripts. Brill. pp. 210–230. ISBN 9004047832 Iacobini, Antonio (1995). Arte profana e arte sacra a Bisanzio. Argos. ISBN 9788885897496 Magdalino, Paul (2008). "The Byzantine empire, 1118–1204". In Luscombe, David; Riley-Smith, Jonathan (eds.). The New Cambridge Medieval History, volume IV, c. 1024–c. 1198, Part II. Cambridge University Press. ISBN 978-0-521-41411-1 O city of Byzantium: annals of Niketas Choniates, translated by Magoulias, Harry J., Detroit: Wayne State University Press, 1984, ISBN 0-8143-1764-2

İstinadlar Kateqoriya:Öldürülmüş uşaqlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri