İbrahim Sanqare (; ) — Fransa futbolçusu. Son olaraq Azərbaycan Premyer Liqa klubu "Qəbələdə"nin hücumçu olub.
Karyerası Sanqare Fransanın aşağı divizionlarında "Antanta", "Şambli" və "Avranş" komandalarında yüksəldikdən sonra, 3 fevral 2017-ci ildə "Oser" ilə ilk peşəkar müqaviləsini imzaladı. Sanqare peşəkar karyerasında debütünü 4 fevral 2017-ci ildə Liqa 2-də "Orlean"a 0:2 hesabı ilə uduzduqları oyunda "Oser" komandasında etdi.
Sanqare 2018-ci ilin iyun ayından etibarən 18 ay Türkiyədə "Giresunspor" və "Menemenspor" da oynayıb, 2020-ci ilin fevral ayında isə Fransaya qayıdaraq "Créteil" lə müqavilə imzalayıb. O, daha sonra "Orlean" və "Le Puy" klubları ilə müqavilə imzaladı.
4 avqust 2025-ci ildə Azərbaycan Premyer Liqa klubu Qəbələ Sanqarenin "Hapoel Hadera"dan bir illik müqavilə imzaladığını elan etdi. Premyer Liqanın XV turu çərçivəsində keçirilən "Kəpəz" – "Qəbələ" oyununun 36-cı dəqiqəsində Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdır. O, AFFA İntizam Komitəsinin qərarına əsasən, 2 oyun oyuna buraxılmamışdır və "Qəbələ" komandası 1000 manat cərimə edilmişdir. 1 iyun 2026-cı ildə Qəbələ Sanqarenin müqaviləsi bitdikdən sonra klubdan ayrıldığını açıqladı.
Şəxsi həyatı Sanqare Fransada anadan olub və kot-d'ivuarmənşəlidir.
İstinadlar
Xarici keçidlər
Footmercato Profile
Kateqoriya:Azərbaycanda legioner Fransa idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Milli Çempionat (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Giresunspor FK futbolçuları Kateqoriya:Oser FK futbolçuları Kateqoriya:Avranş FK futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları