2001-ci il Nyu-York marafonu () — bazar günü, noyabrın 3-də ABŞ-ın Nyu-York şəhərində sayca 32-ci dəfə keçirilən illik marafon yarışı. Kişilərin elit yarışında efiopiyalı Tesfaye Cifar 2:07:43, qadınların yarışında isə 2:24:21 nəticə ilə keniyalı Marqaret Okayo qalib gəldi. Hər iki nəticə turnir üçün rekord nəticələr oldu. Tesfaye Cifar Nyu-Yorkda qalib gələn ilk efiopiyalı, Okayo isə qadınlar arasında qalib gələn ikinci keniyalı (Teqla Lorupedən sonra) oldu.Mackay, Duncan (2001–11-05). New York marathon runners pay tribute . The Guardian. Retrieved 2020–05-21.

Əlil arabası yarışlarında kişilər arasında amerikalı Saul Mendoza (1:39:25) və qadınlar arasında italiyalı Françeska Porçellato (2:11:57) qalib gəldilər. Əl velosipedi yarışında israilli Ziv Bar-Şira (1:27:49) və amerikalı Helene Hayns (1:46:22) qalib oldular.

Yarışı 16,810 kişi və 6,838 qadın olmaqla 23,648 idmançı başa vurdu.New York City Marathon — Race Results . Marathon Guide. Retrieved 2020–05-21.

Yarış 11 sentyabr terror aktlarından sonra keçirildi, buna görə də yarışın istiqamət nöqtələri dəyişdirildi, bundan başqa kütləvi iştirak əvvəlki illərlə müqayisədə xeyli azalmışdı. Təhlükəsizliyi təmin etmək üçün 2,800-ə yaxın polis əməkdaşı iş başında idi, yarış yolları üstündə uçuş qadağası zonası yaradılmış və yarış iştirakçılarına yol boyu dayanan tamaşaçılardan su qəbul etməmək tövsiyəsi verilmişdir. Yarışın şüarı "Biz Birləşik Qaçırıq" () elan olunmuşdur və şəhərin meri Rudolf Culianiyə adətən kişilər arasında son çempion üçün nəzərdə tutulan 1 nömrəli önlük verilmişdir.Fendrich, Howard (2001–11-04). Jifar breaks race record in his first New York City Marathon . World Athletics. Retrieved 2020–05-21.

Nəticələr

Kişilər arasında YerAtletÖlkəVaxtTesfaye Cifar2:07:43Yafet Kosgei2:09:19Rocers Rop2:09:514Silvio Gerra2:10:365Hendrik Ramaala2:11:186Con Braun2:11:247Con Kaqve2:11:578Cozef Çebet2:13:079Lahussin Mrikik2:13:3110Stefen Ndunqu2:14:2111Robert Ştefko2:14:4512Pol Kipsambu2:15:0613Skott Larson2:15:2614Klint Verran2:17:2015Alexandro Vilyanuyeva2:17:4516Kris Lundstrom2:18:0817Kennet Çeruyot2:18:2018Şon Faund2:18:2919Vorren Petterson2:18:5620Keit Daulin2:19:10—Faustin Baha SulleYarışı bitirəmmədi—Cekson KipnqokYarışı bitirəmmədi—Julius KimutaiYarışı bitirəmmədi—Şem KororiaYarışı bitirəmmədi

Qadınlar arasında YerAtletÖlkəVaxtMarqaret Okayo2:24:21Süzan Çepkemei2:25:12Svetlana Zaxarova2:25:134Coys Çepçumba2:25:515Ester Kiplaqat2:26:156Lyudmila Petrova2:26:187Dina Kastor2:26:588Yelena Paramonova2:30:039Madina Biktagirova2:31:1410Elana Meyer2:31:4311Florense Barsosio2:31:5012Franka Fiakkoni2:32:5713Milena Qlusac2:34:4614Kolin De Rük2:35:3115Jan Kuper2:39:5816Monika Hostetler2:41:3817Qordon Bakulis2:41:4318Brünhild Sinstnes2:41:5819Rozana Qutierrez2:42:2620Kelli Kordell2:42:28—Kristin KliftonYarışı bitirəmmədi—Nutsa OlaruYarışı bitirəmmədi

İstinadlar

Kateqoriya:Nyu-York marafonu