"Children of Finland Fighting in Norway" (abbreviasiya C. O. F. F. I. N; sözbəsöz tərcüməsi Norveçdə Döyüşən Finlandiya Uşaqları) — 2005-ci ildə Sidneydə yaradılan Avstraliya pank və rok musiqi qrupu.

Onların beşinci studiya albomu "Australia Stops" 2023-cü ilin sentyabrında Avstraliya albomları hit paratında 47-ci, Birləşmiş Krallıq hit paratında isə 23-cü yeri tutdu.

Tarixi "Children of Finland Fighting in Norway" (C. O. F. F. I. N) qrupu 2005-ci ildə Sidneydə məktəb yoldaşları tərəfindən yardılmışdır.

Onlar 2010-cu ildə "Under the Influence" adlı debüt studiya albomunu buraxdılar.

2018-ci ilin iyun ayında qrup üçüncü studiya albomu "Piss​~​Up" işıq üzünü gördü..

2020-ci ilin sentyabr ayında qrup "Legless Records" vasitəsilə qrupun şərəfinə adlandırılan albomunu buraxdı. Albomdan öncə "Fast Love" sinqlı çıxmışdı.

2023-cü ilin sentyabrında qrup "Australia Stops" adlı beşinci studiya albomunu buraxdı. Albomdan əvvəl "Cut You Off" və "Give Me a Bite" sinqlları çıxmışdı. Qrup üzvü Ben Portnoy albom barəsində "ən yaxşı şəkildə tərtib edilmiş" şərhini vermişdi. Albom Şimali Amerika və Avropadakı turlardan sonra buraxıldı.

İstinadlar

Kateqoriya:2005-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Avstraliya rok-qrupları