Aşağı Zərnava — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Zərnava kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun faktiki mövcud olan Aşağı Zərnava kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Zərnava kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası Kənd ərazisindəki Zərnova bulağının adı ilə adlanmışdır.

Coğrafiyası və iqlimi Kənd Girdimançayın sahilində, İlandağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi Əhalisi 251 nəfərdir ki, onun da 130 nəfəri kişi, 121 nəfəri qadındır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri