Bağəli (əvvəlki adı: Bəğələ) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbə inzibati ərazi dairəsində kənd. Lahıc turizm zonasında yerləşir.

Əhalisi Kənd əhalisi tatlardan ibarətdir. Kənddə 44 nəfər yaşayır ki, onun da 22 nəfəri kişi, 22 nəfəri isə qadındır. Əhali maldarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada getmək olar.

Tarixi Yaşayış məntəqəsi XIX əsrdə Lahıcdan çıxmış ailələrin Bağəli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri