Meduza salı () — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir.

Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir."The Raft of the Medusa ". Louvre. Retrieved on 19 November 2008. O, rəsm əsərini çəkməyə başlamamışdan əvvəl ətraflı araşdırma aparmış, çoxsaylı eskizlər hazırlamışdır. Qəzadan sağ çıxmış iki nəfərdən müsahibə alaraq salın müvafiq miqyaslı modelini yaratmışdır. O, artıq dünyasını dəyişmiş və ölüm ayağında olanların rəngini, bədənlərinin teksturasını görmək üçün xəstəxanalar və morqlara baş çəkmişdir.

“Meduza salı” rəsm əsəri 1819-cu ildə Paris Salonunda nümayiş olunmuş, ədəbi tənqidçilər və ictimaiyyət tərəfindən yükək qiymətləndirilmişdir. Bir müddət sonra rəsm əsəri Böyük Britaniyada uğurla nümayiş olunmuşdur. Həmin sərgilərdən birini sahibkar Uilyam Bullok təşkil etmişdir. Teodor Jerikonun ölümündən sonra dostu Pyer-Jozef Dedre-Dorsinin vasitəçiliyi ilə əsər Luvr muzeyi tərəfindən əldə edilmişdir. Hal-hazırda “Meduza salı” rəsm əsəri Luvrun birinci mərtəbəsində yerləşən Denon qalereyasında romantizm dövrünə aid digər fransız rəssamların işləri ilə yanaşı nümayiş olunur. Rəsm əsərinin təsirini Ejen Delakrua, Uilyam Terner, Qustav Kurbe və Eduard Mane kimi rəssamların yaradıcılığında da müşahidə etmək olar.

Süjeti 240px|thumb|right|Ekipajın xilas olması zamanı Meduza salının planıGrigsby, Darcy Grimaldo. Extremities: Painting Empire in Post-Revolutionary France. Yale University Press, 2002. 177. 1816-cı ilin iyununda Meduza freqatı Roşfor ticarət limanından çıxaraq Seneqalın Sent-Luis limanına doğru istiqamət götürmüşdür. Səfər zamanı "Meduza"nı daha 3 gəmi müşayiət edirdi: Luara, Arqus və Exo. Vikont Huqo Şamerey 20 illik fasilədən sonra freqata kapitan təyin olunmuşdu.Zarzeczny, Matthew. "Theodore Géricault's 'The Raft of the Méduse' Part I". Member's Bulletin of The Napoleonic Society of America, Fall 2001.Zarzeczny, Matthew. "Theodore Géricault's 'The Raft of the Méduse' Part II". Member's Bulletin of The Napoleonic Society of America, Spring 2002. Məlum qəzanın baş verməsi nəticəsində ictimaiyyət yanlış olaraq məhz kral XVIII Lüdoviki vikontu təyin etməkdə günahlandırsalar da, əslində kapitanı Fransa Donanma nazirliyi təyin etmişdir.For Louis XVIII's real political actions and appointments, see P. Mansel, Louis XVIII (London, 1981), and for the general political climate of the period, see Munro Price, The Perilous Crown: France between Revolutions (London, 2007). Missiyanın məqsədi 1814-cü ildə imzalanmış Paris sülhünün şərtləri əsasında Seneqalın Böyük Britaniyadan Fransaya keçməsini qəbul etmək idi. Fransa tərəfindən Seneqala qubernator təyin olunmuş Julyen-Dezire Şmaltz da ailəsi ilə birgə freqatın sərnişinləri sırasında idi.Jore, Léonce (1953) "La vie diverse et volontaire du colonel Julien, Désiré Schmaltz ". Revue d'histoire des colonies. Vol. 40, No. 139, pp. 265–312.

Pis naviqasiya səbəbindən "Meduza" təyin olunan marşrut xəttindən 100 mil (161 km) aralı uzaqlaşmış, 2 iyul tarixində Qərbi Afrika, indiki Mavritaniya qumlu sahillərində dayazlığa düşmüşdür. Toqquşma gəmi kapitanı de Şamaraysın təcrübəsiz və bacarıqsızlığı səbəbindən baş vermişdir. Həmin dövrdə onun gəmi kapitanı təyin olunması siyasi səbəblərlə əlaqələndirilirdi.Grigsby, Darcy Grimaldo. Extremities: Painting Empire in Post-Revolutionary France. Yale University Press, 2002. 174–78. Trapp, Frank Anderson. "Gericault's 'Raft of the Medusa', by Lorenz Eitner. The Art Bulletin, Volume 58 No 1, March 1976. 134–37Eitner, 191–192 Gəmi üzvlərini xilas etmə cəhdləri uğursuzluqla nəticələndikdən sonra 5 iyul tarixində qorxmuş sərnişinləri 60 mil (97 km) uzaqlıqda yerləşən Afrika sahillərinə freqatın 6 qayığı ilə yollamaq qərarı alınmışdır. Meduza freqatı 160 ekipaj üzvü daxil olmaqla ümumi 400 nəfər sərnişin daşısa da, qayıqlara yalnız 250 nəfər mindirilə bilmişdir. Yerdə qalan 146 kişi və bir qadın orada hazırlanan sala minmək məcburiyyətində qalmışdır. Ekipajın 17 üzvü isə ümümiyyətlə "Meduza"nın göyərtəsini tərk etmək istəməmişdir. Bir neçə qayıqdan sala bağlanmış kəndirlər onun hərəkət etməsinə yardım etsələr də, bir neçə mildən sonra sal onlardan ayrılmışdır.Borias, 2:19 Salın sakinlərinin yaşaması üçün bir kisə biskvit (bircə gün kifayət etmişdir), iki çəllək su və altı çəllək şərab var idi.Savigny & Corréard, 59–60, 76, 105

Aclıqdan və susuzluqdan ağlını itirmiş insanlar salda ölmüş və artıq zəifləmiş yoldaşlarını belə yeməkdən çəkinməmişdilər. Hər şeydən təcrid olmuş salın üzvləri yalnız 13 gündən sonra 17 iyul 1816-cı ildə təsadüfi şəkildə Arqus gəmisi tərəfindən xilas edilmişdir.Bu qədər uzun müddətin keçməsi Fransa hökumətinin saldakıları xilas etmək üçün heç bir tədbir görməməsi ilə əlaqələndirilir.Borias, 2:38

Bu müddətdə yalnız 15 nəfər insan sağ qalmış; bəziləri öldürülmüş və ya yoldaşları tərəfindən suya atılmış; bəziləri isə aclıqdan və əlacsızlıqdan özünü dənizə atmışdır.Four or five of the survivors died later aboard the Argus. Bu hadisə Napoleonun yüz günündən sonra yenicə bərpa olunmuş fransız monarxiyasının ictimaiyyət qarşısında nüfuzunun xeyli düşməsinə səbəb olmuşdur.Brandt, Anthony. "Swept Away: When Gericault Painted the Raft of the Medusa, He Immersed Himself in His Subject's Horrors". American Scholar, Autumn 2007.The other boats became separated and though most eventually arrived at St Louis Island in Senegal, some put ashore further along the coast and lost some of their party to heat and starvation. Of the 17 men that remained behind on the Méduse only 3 were still alive when rescued by the British 42 days later.

Təsviri 200px|thumb|right|İki ölmüş insan fiqurunu göstərən əsərin sol künc detalı Teodor Jeriko “Meduza salı” rəsmində 13 gün ərzində salda sağ qalmağı bacaran 15 nəfərin uzaqdan yaxınlaşan gəmiyə baxma anlarını təsvir etmişdir. 491x716 sm ölçüdə olan rəsm əsərində təsvir olunanların əksəriyyəti demək olar ki, təbii ölçüdə təsvir edilmişdir. Ön planda təsvir olunan fiqurlar isə iki dəfə böyüdülmüşdür.Boime, 142 Kustar üsulla hazırlanmış sal dərin dəniz dalğaları arasında hərəkət edərək mənəvi sınmış və tamamilə ümidsizliyə qapılmış insanları daşıyır. Öndə təsvir edilmiş qoca kişi ölmüş oğlunun cəsədini dizləri üstündə saxlayır; digəri isə məyusluqdan saçlarını yolur. Ön planda təsvir edilən cəsədləri sanki dalğalar yuyub aparacaqdır. Orta hissədə təsvir edilmiş kişilər xilasetmə gəmisinin yaxınlaşdığını görərək bir-birilərinə göstərirlər. Ekipajın Afrikalı üzvü Jan ÇarlzHagen & Hagen, 378 boş çəlləyin üzərinə çıxaraq əl dəsmalını havada yellədərək gəminin diqqətini çəkməyə çalışır.Muther, 224 200px|thumb|left|Təsvir edilən diaqramlar əsərin əsasını təşkil edən piramida strukturunu göstərir. Arqus gəmisinin mövqeyi isə sarı nöqtə ilə qeyd olunmuşdur. Rəsmin kompozisiyası iki piramida strukturu əsasında qurulmuşdur. Rəsmin sol hissəsində üfüqi vəziyyətdə ölü və xilas olacaqlarına ümidini kəsmiş insan fiqurları təsvir olunmuşdur. Bu piramidanın zirvəsi onlara qarşılacaq dalğaya söykənir. İncəsənət tarixçisi Castin Uintlin sözlərinə görə “sol tərəfdə ölülərin təsvirindən başlayan diaqonal üfüqi xətt sağ qalanların təsvir olunduğu zirvəyə doğru qalxır.”Wintle, 246 Sağ tərəfdə isə nisbətən balaca “ümid piramidası”nı görmək olar. Burada isə ölü insanların üzərinə çıxaraq gəminin diqqətini cəlb etməyə çalışan insan fiqurları vardır. Alçaqdan hərəkət edən buludlar sanki “böyük piramida”nı udmağa çalışan dalğanı yamsılayır. Lakin buludlar topasını şüa yarır və fonda “ümid piramida”sı görünür.

Jerikonun palitrasında insan bədənləri solğun, sağ qalanların geyimləri, dəniz və buludlar isə tünd çalarlardan ibarətdir. Ümumilikdə, rəsmdə tünd, əsasən qəhvəyi piqmentlər üstünlük təşkil edir. Jeriko bu rənglərdən istifadə etməsini faciə və ağrını təsvir etmək üçün ən effektiv vasitə olması ilə əsaslandırmışdır.Miles, 180 Rəsmdə Karavacizm (işıq və kölgənin kontrastlığı ilk dəfə italiyalı rəssam Mikelancelo Karavacco tərəfindən çəkilən rəsmlərdə istifadə olunmuşdur) üslubundan istifadə olunmuşdur. Əsərdə işıq və kölgə arasında kontrast açıq aşkar hiss olunur.

Rəsm üzərində çalışmalar

1814-cü ildə Teodor Jeriko Pussenin “Daşqın” rəsmindən təsirlənərək eyniadlı əsər yaratmışdır. Bu rəsmi “Meduza Salı”nın özünəməxsus proloqu adlandırmaq olar. O, həmin vaxt rəsmlərində ağ-qara qammanı seçmişdir.

1817-ci ilin payızında “Meduza freqatının məhvi” adlı kitab işıq üzü görmüşdür. Hadisənin şahidləri Aleksandr Korrear və həkim Anri Savinyi salda 13 gün ərzində yaşadıqları çətinlikləri təsvir etmişdilər. Kitabda onun uzun illər böyük əsər yaratmaq üçün axtarışında olduğu süjet xətti vardı. Jeriko əldə etdiyi sənədli materialları öyrənməklə yanaşı, bu hadisənin iştirakçıları ilə də görüşmüşdür. Rəssamın bioqrafı Şarl Klemanın sözlərinə görə, rəssam “sənədlər və dəlillər dosye”si yaratmışdır. O, Korrear və Savinyi ilə tanış olaraq, onlarla söhbət etmiş, hətta onların portretini çəkmişdir. Jeriko onların birgə yazdığı kitabı diqqətlə oxumuşdur.Riding (February 2003) İncəsənət tarixçisi Jorj-Antuan Boriasın sözlərinə görə, Jeriko emalatxanasını Bojon hospitalının qarşısında yerləşdirmişdir.Borias, 11:38 Bağlı qapılar arxasında işinə başlamışdır. Saldakı ölülərin daha real təsvirinə nail olmaq üçün o, Bojon hospitalının morquna gedərək ölən xəstələrin üz cizgilərini öyrənmiş, kəsilmiş əl və ayaqları, 2 həftə ərzində ruhi xəstəxanadan kəsilmiş başı emalatxanasına gətirərək onların eskizlərini çəkmişdir.

Rəssam Ogüst Raffenin dediyinə inansaq, rəssamın emalatxanası anatomik teatra bənzər bir yerə çevrilmişdir. Freqatda çalışmış dülgər Lavlilett salın böyük miqyasda modelini yaratmışdır. Jeriko əsərində salın ölçülərini həmin miqyasda vermişdir. Rəsmə diqqətlə baxdıqda, hətta salın lövhələri arasındakı boşluqları belə görmək olar. Jeriko isə öz növbəsində mumdan insan fiqurları hazırlayaraq onları salın modelində yerləşdirmiş, müxtəlif rakurslardan kompozisiyanı öyrənmiş, çox güman kamera-obskuranın yardımından istifadə etmişdir. Jeriko plastikdə təsviri motivin hazırlanmasını təcrübədən keçirmiş ilk Avropa rəssamlarından biri olmuşdur.

Dəniz və səmanın etüdlərini çəkmək üçün Havra yollanmalı olmuşdur. Dəniz xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, tufanı görmək üçün dəfələrlə sahil kənarına yaxınlaşmışdır. 280px|thumb|left|Qəzadan sonra "Meduza" freqatının matroslarının ingilislər tərəfindən həbs olunması, Motte Sənətşünas Lorens Eytner Jerikonun yaradıcılıq axtarışlarında önəm verdiyi bir neçə vacib süjeti fərqləndirmişdir. “Zərərçəkənlərin xilası”, “Salda dava”, “Kannibalizm”, “Arqusun peyda olması”. Süjet seçimi prosesi zamanı rəssam tərəfindən təqribən 100-ə yaxın ştudiya (yaradılacaq kompozisiya üçün naturanın öyrənilməsi məqsədilə yazılan yaradıcılıq gündəliyi) yaradılmışdır. Sağ qalmış sərnişinlərin xilası və salda kannibalizm səhnələri ona daha maraqlı gəlmişdi..

Nəhayət, Jeriko tarixin ən yüksək gərgin anlarından birini – salın səhər dreyfi zamanı sağ qalmış bir neçə nəfərin üfüqdə “Arqus” gəmisinin peyda olmasını görməsi süjetini seçmişdir. Lakin gəmi saldakılardan yan keçmişdir. Sağ qalmış ekipaj üzvündən biri bu haqda bildirmişdir: “Biz sevinc sayıqlamasından dərin hüzn və qəm-qüssəyə qərq olduq. Jeriko düşündüyü nəhəng tablonun yerləşməsi üçün studiya kirayələyir. Demək olar ki, 8 ay müddətində emalatxananı tərk etmədən orda çalışır..