Moisey İvanoviç Toidze () — gürcü rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1947), professor, SSRİ xalq rəssamı (1953)Тоидзе Моисей (Мосе) Иванович . Sosialist Əməyi Qəhrəmanı (1932).
Həyatı thumb|250px|Moisey Toidze. Qələbə mahnısı, 1948. Moisey Toidze 2 fevral 1871-ci ildə Tiflis şəhərində anadan olmuşdurმოსე თოიძე – ხელნაწერთა ეროვნული ცენტრი. .
1896–1899-cu ildə Sankt-Peterburqdakı İmperator rəssamlıq akademiyasında oxumuş, İlya Repinin şagirdi olmuşdur. 1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899–1901), portretlər (anasının portreti, 1904–1905) çəkmişdir. 1920–1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941–1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi). 1930–1953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s. onun şagirdləri olmuşdur. Moisey Toidze 17 iyun 1953-cü ildə vəfat etmiş, Tbilisidə dəfn olunmuşdur.
Ailəsi Oğlu — 4 dəfə Stalin mükafatı laureatı, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze; Qızı — aktrisa Aleksandra Toidze
Xatirəsi Tbilisidə Moisey Toidzenin ev-muzeyi yaradılıb (Mitrofan Lagidze küçəsi, 3).
Xarici keçidlər Moisey Toidze Böyük Sovet Ensiklopediyasında
İstinadlar Kateqoriya:Gürcü rəssamlar Kateqoriya:Əmək qəhrəmanları Kateqoriya:Gürcüstan inqilabçıları Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:Gürcüstan pedaqoqları