Ekstremal kimya Ekstremal kimya – kimyəvi proseslərin ekstremal şəraitdə öyrənilməsidir: güclü elektrik və maqnit sahələri, ultrayüksək təzyiq və sürüşmə deformasiyaları, gərginliyi molekulun daxilindəki elektrik sahəsi ilə müqayisə edilən güclü işıq sahələri, ultraböhran şəraiti, güclü qravitasiya sahəsi, səs və mikrodalğa sahələri və s. Ekstremal halların kimyasına, həmçinin plazmokimya, radiasiya kimyası, yüksək enerjilər və yüksək temperaturlar kimyası daxildir. Yanaşmadan asılı olaraq ekstremal kimyanın bölmələrini müxtəlif qaydada təsnif etmək olar.

Yüksək enerjilər kimyası Yüksək enerjilər kimyası (YEK) – fiziki-kimyanın bölməsidir, qeyri-istilik enerji mənbələrinin (ionlaşdırıcı şüalanma, işıq, plazma, ultrasəs, mexaniki zərbə və s.) təsiri ilə gedən kimyəvi və fiziki-kimyəvi prosesləri tədqiq edir. Qeyri-istilik enerjisinin təsiri ilə gedən reaksiyaların mexanizm və kinetikası, həyacanlanmış və ionlaşdırılmış çox sürətli hissəcikilərin qeyri-tarazlıq qatılığı ilə xarakterizə olunur; bu hissəciklərin enerjisi istilik hərəkəti enerjisindən, bəzi hallarda kimyəvi rabitə enerjisindən çoxdur. Maddəyə təsir edən qeyri-istilik enerji daşıyıcıları: sürətləndidrilmiş ion və elektronlar, sürətli və yavaş neytronlar, alfa- və beta-hissəciklər, pozitronlar, müonlar, pionlar, ultrasəs sürətli atom və molekullar, elektromaqnit şüalan-manın kvantları, impuls elektrik, maqnit və akustik sahələri. Yüksək enerjilər kimyasının proseslərini zaman mərhələrinə görə fiziki, fiziki-kimyəvi və kimyəvi proseslərə bölürlər. Fiziki mərhələ femtosaniyə və daha az müddətdə baş verir. Bu müddətdə qeyri-istilik enerjisi mühitdə qeyri-bərabər paylanır, "qaynar ləkə" əmələ gəlir. Fiziki-kimyəvi mərhələdə qaynar ləkədə tarazsızlıq və müxtəlicinsilik təzahür edir. Kimyəvi mərhələdə kimyəvı reaksiyalar baş verir. Nəticədə otaq temeperaturunda elə ionlar, həyəcalanmış halda atom və molekullar əmələ gəlir ki, tarazlıq proseslərində bu mümkün deyil. YEK əsas xüsusiyyəti budur ki, adi şəraitdə tarazlıq proseslərində əmələ gəlməyən atom, molekul və ionların həyəcanlanma halı, qeyri-enerji mənbəyi vasitəsilə otaq temperaturunda yaranır. N. Ablesimov qeyri-tarazlıq fiziki-kimyəvi proseslərinin idarə olunmasının relaksasiya prinsiplərini formulə etmişdir: relaksiya müddəti fiziki təsirin müddətindən xeyli çox olduqda və fiziki-kimyəvi mərhələdə relaksiyanın mexanizmi məlum olduqda, müəyyən tərkib və quruluşa malik maddə çıxımını idarə etmək olar.

Plazma kimyası Plazmokimya plazmada gedən prosesləri öyrənir. Plazma ionlaşmış qarışıqdır, zəif ionlaşmış və ya aşağı temperaturlu, və yüksək temperaturlu plazmaya bölünmə vardır . Plazmokimyəvi proseslər 1000÷10000 °C temperatur intervalında aparılır. Bu proseslər yüklənmiş və ya həyəcanlanmış hıssəciklərin toqquşması ilə baş verir və yüksək sürətə malikdir. Plazmokimya proseslərində kimyəvi rabitənin yenidən paylanması yüksək sürətlə baş verir. Kimyəvi çevrilmənin elementar aktları təqribən 10–6 saniyə ərzində baş verir və dönməyən proseslərdir. Belə reaksiyalar adi zavod reaktorlarında, dönər proseslər səbəbindən, min və milyon dəfələrlə zəifləyir. Plazmokimya prosesləri yüksək məhsuldarlığı ilə seçilir. Metan plazmotronu 65 sm uzunluğu və 15 sm diametri olmasına baxmayaraq gündə 75 ton asetilen istehsal edir. Bu isə bir zavodun istehsalının həcmidir. 3000÷3500 °C intervalında saniyənin mində biri müddətində metanın 80%-ı asetilenə çevrilir. Enerjinin 90–95%-indən istifadə olunur, 1 kq asetilenə enerji sərfi 3 kvt.saatdır. Metanın buxar reaktorda pirolizinin enerji sərfi bundan iki dəfə çoxdur. Son illər atmosfer azotundan plazmokimyəvi üsulla azot oksidi alınması üsulu işlənib hazırlanmışdır. Bu üsul ammonyak üsulundan iqtisadi cəhətdən daha səmərəlidir. Ovuntu metallurgiyası üçün xammal olan narın tozların isteh-salının plazmokimyəvi texnoloğiyası yaradılmışdır. Titan, vanadium, sirkonium, niobium və molibdenin yüksək ərimə temperaturuna malik karbid, nitrid və karbonitridlərinin sintez üsulları işlənib hazırlanmışdır. Texnologiyanın enerji məsrəfi 1–2 kVt.s-dan çox deyil. Yüksək temeperaturlar kimyası, enerjiyə əsaslı qənaət etməyə imkan verən yüksək təzyiqlə sıxılmaya əsaslanan ovuntu metallurgiyası ilə əvəz edilməkdədir. Plazma poladəritmə sobaları yüksək keyfiyyətli polad növləri almağa imkan verir. Alətlərin səthinin ion-plazma ilə işlənməsi sürtünməyə davamlılığı bir neçə dəfə artırır. Plazmokimya tərkibində birləşdirici maddə kimi polad, çuqun, alüminium və s. olan metallobeton sintez etməyə imkan verir. Metallobeton birləşdirici maddələrin xırdalanmış dağ suxuru ilə birgə əridilməsindən alınır. Metallobeton adi poladdan sıxılmaya qarşı 10 dəfə davamlı, dartılmaya qarşı 100 dəfə davamlıdır. Plazmokimyəvi üsulla, yüksək təzyiq tətbiq etmədən, karbonun maye yanacağa çevrilməsi üsulu hazırlanmışdır. Belə texnologiya ilə daş və boz kömürdən sintez qazdan əlavə başqa maddələr də: texniki silisium, karbosilisium, ferrosilisium, adsorbent və s. alınır.

Radiasiya kimyası Radiasiya kimyası– fiziki-kimyanın bölməsi, yüksək enerjilər kimyasının hissəsidir, ionlaşdırıcı şüanın təsiri ilə gedən reaksiyaları öyrənir. İonlaşdıdrıcı xassəyə elektromaqnit şüaları (rentgen şüalanması, γ-şüalanması, sinxrotron şüalanma) və sürətləndirilmiş hissəciklər seli (elektronlar, protonlar, neytronlar, gelionlar, ağır ionlar, ağır ionların bölünməsinin qəlpələri və s.) malikdir. Bunların enerjisi atom və molekulların ionlaşma enerjisindən yüksəkdir (10–15 eV hüdudunda). Radiasiya kimyası vasitəsilə ənənəvi kimyəvi üsullarla gedə bilməyən kimyəvi proseslər həyata keçirilir. İonlaşdırıcı şüalanma kimyəvi reaksiyaları katalizator və inisiatorlar olmadan nisbətən aşağı temeperaturda aparmağa imkan verir. Radiasiya kimyası ən müxtəlif maddələrin ionlaşdırıcı şüaların təsiri ilə çevrilmələrini öyrənir. Ionlaşdırıcı şüalanmanin mənbələri rentgen qurğuları, yüklü hissəcik sürətləndiriciləri, nüvə reaktorları, radiaktiv izotoplardır. Radiasiya-kimyəvi reaksiyaların nəticəsində oksigendən ozon, qaz parafinlərindən hidrogen və aşağı molekullu olefinlərin mür-əkkəb qarışığı əmələ gəlir. Polietilenin, polivinilxloridin və digər polimerlərin şüalandırılması onların istiliyə davamlılığını və bərkliyini artırır. Radiasiya vasitəsilə kimyəvi texnologiyanın ən vacib prosesləri –polimerləşmə, vulkanlaşma, kompozision materialların istehsalı, o cümlədən ağac ovuntusu kompozitlərinin, lakların bərkidiliməsi, adi beton və digər monomerlərin betona hopturulması ilə polimerbetonların alınması prosesləri həyata keçirilir. Belə betonlar adi betonlardan 4 dəfə möhkəm olub, su keçirməməzliyə və korroziyaya qarşı yüksək davamlılığa malikdirlər.

Lazer şüalanması və zərbə dalğaları Ultraqısa (10 fs və daha qısa müddətli) lazer umpulsları çox güclü optik şüalanmaları və güclü elektrik sahələrini toplayıb sıxlaşdırır. Bu isə kimyanı yeni effektlərin axtarışına stimullaşdırır. Yüksək güclərdə (1015–1016 Vt/sm2), lazer şüasında elektrik sahəsinin gərginliyi 20 V/A (bu sahəni bir elektron 1A məsafədə yaradır; bu molekulun daxili elektrik sahəsidir) olduqda, çoxelektronlu ionlaşma – A. L. Buçaçenkonun təbirincə molekulun atom nüvə karkasının kulon partlayışı ilə müşayiət olunan "striptizi" baş verir. Bu şəkildə özünü klasterlər aparır: məsələn, NH3-ün molekulyar klasterləri lazer impulsunun intensiv sahəsində (120 fs, 1015Vt/cm2) güclü ionlaşmaya məruz qalır; ionlaşmış klaster, yüklü N2+, N3+, N4+ ionlarının əmələ gəlməsi ilə müşayiət olunan kulon partlayışına məruz qalır. Fulleren C60 intensiv lazer şüalarının təsiri ilə (100 fs, 1016Vt/cm2) С604+ ionuna çevrilir və kulon partlayışına məruz qalaraq ion qəlpələrinə parçalanır. Atom klasterlərinin femtosaniyə impulsları ilə (>1016Vt/cm2) fotoionlaşmanın tədqiqi göstərdi ki, işıq – klaster qarşılıqlı təsiri ultraqaynar mikroplazma əmələ gətirir; mikroplazma daxilində ionlar 1 MeV-a qədər enerjiyə malik olurlar. Bu tədqiqatlar deyterium klasterlərinin lazer işlənməsi işlərini stimullaşdırdı. Tədqiqatların məqsədi nüvələri birləşdirə bilən enerjiyə malik ionlardan ibarət plazma yaratmaq idi. Həqiqətən də, deyterium klasterlərin lazer qızdırılması ilə baş verən kulon partlayışında neytronların emissiyası– D + D→3He + n (1 coul enerjiyə 105 neytron çıxımı) nüvə reaksiyası baş verdi. Kulon partlayışının mexanizmi, güclü lazer zərbəsinə (> 1016 Vt/sm2) məruz qalan, Xe klasterlərinin misalında izah edilmişdir. Ani ionlaşama və elektronların elektrik sahəsində ani sürətlənməsi ion karkasının kulon parçalanması ilə müşayiət olunur. Partlayış laylı quruluş olduğunu göstərdi: ion porsiyaları (hissələri) klasterdən ardıcıl püskürülür; ionların ilk hissəsi yüksək kinetik enerjiyə malik olur, hətta onların enerjisi kiçik molekulların kulon partalayışı enerjisindən yüksəkdir. İlk sürətli ionlar enerjini klasterin daxili qat ionlarından, həmçinin qismən "qaynar" elektronlardan alır. Lazer impulsunun maddədə keçidini müşayiət edən Lorens qüvvələri digər effektləri induksiya edir: mikrohissəciklərin polimer məhlullarında əmələ gəlməsinin mexanizmini təmin edir, fokuslanmış şüada foton təzyiqi polimer zəncirlərini tutur və diametri 10 nm hissəciklər formasında kondensə edir. Lazer şüaları atomları və atom-molekul klasterlərini bərk maddə səthindən ablyasiya edərək molekul qravirləşməsini həyata keçirir. Hər bir effektin ardında yeni kimyəvi tədqiqat üsulları və yeni yüksək texnologiya yaradılması perspektivi durur. Güclü lazer impulsları – güclü qısa zərbə dalğalarının yaradılması üçün vasitədir. Kimyada lazer zərbə dalğaları – maddələrin ekstremal şəraitdə (yüksək temperatur, təzyiq, sürüşmə deformasiyaları) davranışının tədqiqi üçün vasitədir. Məsələn, lazer-induksiya zərbə dalğaları 5 QPa təzyiq cəbhəsini təmin edir; ön təzyiq cəbhəsinin müddəti, dönən sıxılma üçün bir neçə yüz pikosaniyə və dönməyən sıxılma üçün 20–25 ps-dir. Zərbə dalğasından sonra temperaturun düşməsi böyük sürətlə, 1011 dər/s tərtibində baş verir. Lazer-stimullaşdırılmış zərbə dalğaları ekstremal kimyada yeni imkanlar yaradır. Adi zərbə dalğaları ilə eksperimentlər termo-dinamiki xassələrin, mexaniki möhkəmliyin, hal tənliyinin və s. müəyyən edilməsinə yönəlmişdir. Güclü zərbə sıxılması güclü partlayışlarda, nüvə partlayışlarında əsas yer tutur. Deyteriumda termonüvə reaksiyalalını alışdırmaq üçün istifadə olunan zərbə dalğaları güclü lazer mənbələri (Laurens Milli laboratoriyasındakı "Petawatt Laser") vasitəsilə yaradılmışdır. Bu laboratoriyada güclü lazerlərlə (1015 Vt) stimullaşdırılan reaksiyalar həyata keçirilmişdir. İmpulsun müddəti 0,5 ps; hədəf isə qızıl, mis və uran-238 ərintisindən ibarət idi. Qızıldan vurulub çıxarılan elektronlar kvantlar yaradır, bunlar isə hədəfdə sürətli neytronlar əmələ gətirir. Bu neytronlar isə uran nüvəsini parçalayır. Qızılın, misin və uranın parçalanma məhsullarının tərkibi və elektronların energetik spektrləri müəyyən edilmişdir. Bu tədqiqatların nəticələri bahalı sürətləndiricilər olmadan, nüvə kimyasında ültragüclü lazerlərlə reaksiyalar aparmağın mümkünlüyünü göstərir. Lazer-stimullaşdırılmış zərbə dalğaları – ekstremal şəraitdə yeni texnoloji imkanlar yaradır. Məsələn, fullerenin "soğanvari" topalarının almaz klasterlərinə çevrilməsi. Oxşar hadisələr nano-borular üçün də istifadə olunur; 50 QPa təzyiqdə onların xarici elektron təbəqələri yarılır və onlar qrafit strukturuna keçirlər. Bu reaksiyalarda almaz nanokristallarının da alınması müşahidə olunmuşdur. Maddənin superkritik halı gözlənilməz anomal effektlərin mənbəyidir. Bu effektlərdən biri, böhran nöqtəsi ətraf-ında yüksək dərəcədə sıxlığın fluktasiyası – maddənin sürətli və dönən klasterləşməsidir. Ekstremal kimyanın bir şedevri də tritiumun hidrogen və deyteriumla maye üfrataxıcı kvant heliumda metallik hidrogenin sintezidir. Dıgər maraqlı hadisə NaC60 və PC60 ekzotik molekullarının plazmokimyəvi sintezidir. Burada elektron atomlarının çox güclü sıxılması elektron–nüvə qarşılıqlı təsirini artırır. Qaynar, lazer-induksiya plazmasından isə yuxarıda bəhs etmişik.

Maqnit sahəsi