thumb|Kosovoda dəmir yolu xətti thumb|Voğzal thumb|InterCity vaqonu Trainkos Kosovo Respublikası dəmir yollarının operatorudur. Şirkət 1999-cu ildə təsis edilmişdir. Qərargahı Kosovo Pole şəhərində yerləşir.

Təşkilat 2011-ci ildə Kosovo dəmir yolları (alb. Hekurudhat e Kosovës; серб. Kosovske Železnice) iki şirkət arasında bölünmüşdür: Trainkos: sərnişin və yük daşıma, Infrakos: dəmir yolu infrastrukturunun xidmətinə cavabdeh.

Tarixi Kosovo ərazisindən ilk dəmir yolu xətti 1874-cü ildə General-Yankoviç şəhərindən Kosovo-Pole və Kosovska-Mitrovisa istiqamətində olmuşdur. Yol Osmanlı imperiyası dönəmində Salonikidən Skopye və Kosovska-Mitrovisaya uzanır.

1929-cu ildən 1991-ci ilə qədər dəmir yollarında xidməti Jugoslovenske Železnice (JŽ) şirkəti həyata keçirmişdir. Sonradan bu xidnməti Železnice Srbije (ŽS) həytata keçirmişdir. Kosovo müharibəsindən sonra 1999-cu ildə Hekurudhat e Kosovës (HK) və Kosovske Železnice (KŽ) şirkəti həyata keçirir. 2001-ci ildən daimi xidmət başlanır. 2011-ci ildən HK öz adını TrainkosNeuzugang in Kosovo. In: Eisenbahn-Revue International 12/2011, S. 602. olaraq dəyişir.

Dəmiryolu şəbəkəsi thumb|200px|Kosovoda dəmiryol şəbəkəsi Trainkos Kosovoda 436,851 km dəmir yolunda xidmət göstərir bunun 333,451 km sərnişin və yükdaşıma ilə əladədardır. 103,4 km isə sırf yükdaşımaya xidmət edir. Kosovanın daxili daşınması aşağıdakı kimidir: Reç-Priştina, Kosovo-Pole və General- Yankoviç, Kosovo-Pole və Qraçanisa. Beynəlxalq daşımalara gəldikdə isə gündə bir dəfə sürətli qatar Priştina-Skopye və geri istiqamətdə hərəkət edir.

Nəqliyyat xidmətləri 3 tip sərnişin vaqonlarına sahibdir: şəhərətrafı vaqonlar, Freedom of Movement və InterCity.

Yük daşımaları Kosovo iqtisadiyyatında mühüm rol oynayır. Beynəlxalq yük daşımaları General-Yankoviç şəhəri və Priştina hava limanı, Miradi stansiyasının yaxınlığında yerləşən konteyner terminalları vasitəsilə həyata keçirilir.

Mobil struktur Vaqonların bir hissəsi Yuqoslaviya dəmiryolları dövründən qalmadır və az qismi isə Avropa ölkələrindən idxal edilib.

Lokomativləri Aşağıdakı lokomativlərə sahibdir:

Nömrə Növ Status 001 Keçmiş HŽ 2044-031 Fəaliyyət göstərir, sərnişin daşınması 002 Keçmiş JŽ 661 132 Fəaliyyət göstərmir 003 Keçmiş JŽ 661 228 Fəaliyyət göstərir, yük daşınması 004 Keçmiş JŽ 661 231 Fəaliyyət göstərmir 005 Keçmiş NSB Di3a 619 Fəaliyyət göstərir, sərnişin və yük daşınması 006 Keçmiş NSB Di3a 633 Nasaz elektrik generatoru, təmirdədir (2009 iyul) 007 Keçmiş NSB Di3b 641 Fəaliyyət göstərir, sərnişin və yük daşınması 008 Keçmiş NSB Di3b 643 (VR KDs1 2402) Fəaliyyət göstərmir, əyləc problemi 009 Vossloh G 1700-2 BB Fəaliyyət göstərir, yük daşınması 010 JT38CW-DC Gredelj-Croatia Fəaliyyət göstərir, yük daşınmasıFormer HŽ 2061-501

Dizel vaqonları Nömrə Növ Status 1528, 1531, 1534 Former FS ALn 668 Fəaliyyət göstərir 01, 02, 03, 04 Former SJ Y1 1281, 1304, 1306, 1313 Fəaliyyət göstərir

Qalereya

Lokomotivlər

Dizel vaqonları

İstinadlar

Ədəbiyyat Herbert Kröll: Die Eisenbahnen im Kosovo. In: Eisenbahn-Revue International, Heft 8-9/2001, , S. 356 f.

Kateqoriya:Kosovo dəmiryolu nəqliyyatı