Lənkəran əməliyyatı (1919) — Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün AXC ordu hissələrinin 1919-cu ilin avqustunda həyata keçirdiyi hərbi əməliyyat.
AXC elan edildiyi zaman öz suverenliyini bütün ölkə ərazisinə yaya bilməmiş, bu proses tədricən inkişaf etmişdir. Bu proses əsnasında AXC-in cənub torpaqlarında, Cavad və Lənkəran qəzaları ərazisində həm ağqvardiyaçı, həm bolşevik, həm də azərbaycanlı partizanlar arasında mübarizə getmişdir. Bu mübarizənin nəticəsində Azərbaycan qüvvələri qələbə qazanmış, Lənkəran əməliyyatı ilə bütün bölgə AXC-in tam hakimiyyətinə girmişdir.
Zəmin 1918-ci ilin payızına qədər Azərbaycan ordusu və Qafqaz İslam Ordusu Bakı və Qarabağı yad qüvvələrdən təmizlədi və beləliklə, Lənkəran istisna olmaqla Azərbaycanın bütün ərazisində yeni hökumət hakim oldu. Növbəti yürüş istiqamətinni bura olmasına baxmayaraq, Osmanlı imperiyasının məğlub dövlət kimi Mudros müqaviləsini imzalaması, Bakıya ingilis qüvvələrinin gəlməsi vəziyyəti dəyişdi və Lənkərana planlanan yürüş ertələndi. Lənkəran tutduğu mühüm strateji mövqeyə bir çox qüvvənin diqqətini özünə çəkmişdi və buna görə də, 1918-ci ilin əvvəllərində müsavatçılar burada hakim olsalar da, həmin ilin aprelində bölgəyə "Aleksandr Jander" gəmisində gəlmiş olan bolşeviklər hakimiyyəti ələ keçirdilər.
Ağ Qvardiyaçıların hakimiyyəti ələ alması və yerli əhalinin reaksiyası Lakin Bakının azad edilməsi ilə bolşeviklərin buradakı mövqeyi zəiflədi. Bu dəfə də, bölgədə vaxtilə buraya köçürülmüş rus əhalisi tərəfindən dəstəklənən rus millətçi zabitləri gücləndilər. Ağ Qvardiyaçı olan və Denikin ilə yaxın əlaqələrə sahib olan polkovnik İlyaşeviç bu qüvvələrə rəhbərlik edirdi. O, vaxtilə Rusiya imperiyasının İran ilə sərhədini qorumaq üçün buraya yerləşdirilmiş 29-cu rus ordusunun komandiri idi. İlyaşeviç digər döyüşən rus zabitləri kimi Rusiya imperiyası ərazilərini bölünməz hesab edir və Azərbaycanın müstəqilliyini qəbul etmirdi. Onun əsas məqsədlərindən biri buraya hücum edəcək denikinçi qüvvələr üçün bazalar formalaşdırmaq və şərait yaratmaq idi. Buna görə də o, öz mərkəzini Cavad qəzasının Biləsuvar kəndindən Lənkəran qəzasının Prişib kəndinə köçürdü. Tarixçi Mehman Süleymanov bu zaman onun ordusunda 6 minlik qüvvənin olduğunu güman edir. Həmin qüvvələrin təzyiqi ilə avqustun 4–5-də toplanan məclisdə hakimiyyət orqanının təsisi müzakirə edildi. Qəbul edilən qərara görə həmin qəzaları idarə etmək üçün 5 nəfərdən ibarət "Müvəqqəti diktatura" yaradıldı. Bu diktatura "beşlər diktaturası "da adlandırılırdı. Onların arxalandığı qüvvələr bölgədəki rus əhali, denikinçi qüvvələrin yardımı və Bakıdakı Rus Milli Komitəsi idi. Bu qüvvələrin bölgədəki fəaliyyətinə görə, vaxtında yerli əhali yardım üçün Azərbaycan ordusuna və Nuru paşaya müraciət etmiş, onlar da yaxın zamanda bu məsələni həll edəcəklərini bildirsələr də, Osmanlının bölgədəki ordularını geri çəkmək məcburiyyəti bunu mümkün etməmişdi. İngilislər denikinçiləri dəstəklədikləri üçün rəsmi Bakı oktyabrdan sonra da bu bölgəyə yürüş təşkil edə bilmirdi. Yerli əhalinin yeni müraciətinə AXC-in XİN rəhbəri cavab olaraq bildirmişdi ki, bu məsələ Bakıdakı inglilis ordusu komandanı General Tomsonun qarşısında qaldırılmalıdır. Teymur bəy Bayrambəyovun rəhbərlik etdiyi heyət Tomsonla görüşdə bölgənin rus zabitlərindən təzmilənməsini, orada Azərbaycan hakimiyyətinin təsis edilməsini istədiklərini bildirdilər. Tomson isə cavabında bu barədə tədbirlərin görüləcəyini bildirdi. Lakin qısa müddət sonra rus zabitləri Lənkəran Respublikasının yaradıldığını və Suxorukovun rəhbərliyində hökumət yaradıldığını elan etdilər. Yeni hökumət Azərbaycan tərəfindən tanınmağa çalışırdı və buna görə Gerasimov adlı şəxsin rəhbərliyində Bakıya nümayəndələr də göndərmişdi. Nümayəndə geri döndükdən sonra Prişib kəndin zabitlərin qurultayı təşkil edildi və alınan qərara əsasən bölgənin Azərbaycana təslim edilməməsi nəzərdə tutuldu. Belə ki, bölgə Muğan vilayəti adı altında yaradılan müstəqil bir quruma tabe etdirilirdi. thumb|General Həbib bəy Səlimov
Muğan Sovet Respublikasının qurulması və yerli azərbaycanlıların müqaviməti Buradan Bakıya yürüş etmək rahat olduğu üçün bolşeviklər də buraya axışır və üsyan yaratmağa çalışırdılar. 1919-cu ilin yazında Kommunist Partiyasının Qafqaz Diyar komitəsi Lənkəranda hakimiyyəti silahlı üsyan yolu ilə ələ almaq üçün hazırlıq işlərinə başladılar. Tərtib edilmiş iisyan planına görə qırmızı partizanlar və digər bolşevik qüvvələri oyuncaq qurumun yerləşdiyi binanı, qoşunların qərargahım, radiostansiyanı, dəniz agentliyini tutmalı idilər. Aprelin 25-də üsyan başlandı. Həmin gün şəhərdə rus zabitlərin müşavirəsi olacaqdı və günorta vaxtı zabitlər yemək üçün evlərinə dağılmışdılar. Bu zaman bolşeviklər qəti hücuma keçdilər. Bir neçə saat. ərzində şəhərin vacib yerləri ələ keçirildi. Zabitlərin qurduğu qurumun bütün aktiv şəxsləri həbs edildilər. Yeni yaradılmış inqilabı orqana müvəqqəti rəhbər olaraq Jirikov gətirildi. May ayının 15-də hakimiyyət məsələsini həll etmək üçün Lənkəranda Muğan kəndli deputatları soveti çağırıldı. Qurultaydakı şəxslərin çoxu azərbaycanlı deyildi. "Muğan ölkə soveti" adlandııılan bu orqanın sədri vəzifəsinə David Çitkin, onun müvaini vəzifəsinə Şirəli Axundov gətirildi. Bu xəbər yayıdlıqdan sonra bölgəyə xeyli miqdarda bolşevik yardımı gətirildi. Şimali Qafqazda Denikinə məğlub olan XI Ordunun bir hissəsi Bakıya çəkilməyə məcbur olmuşdu. Sergi Orconikidzenin əmri ilə onlardan 200 nəfər də Lənkərana getmişdi. bəzi digər fəaliyyətlərdən sonra yeni qurumun hərbi qüvvələrinin sayı 5 min nəfərə çatırdı. Lakin bolşevik hakimiyyəti də yerli əhali tərəfindən qəbul edilmədi, hətta rus əhali belə yenə də ağ qvardiyaçı zabitlərin ətrafında birləşməyə başladılar. Novo-Qulyayevka və Petropavlovka kəndləri ətrafında 5 min nəfərlik silahlı dəstə təşkil etməyə müvəffəq olan ağqvardiyaçı zabitlər iyunun 15-də Prişibdə qurultay keçirdilər və sovet hakimiyyətinin devrilməsi məqsədilə Lənkəran üzərinə hücum etmək üçün qərar qəbul etdilər. Bolşevik hakimiyyətinə qarşı azərbaycanlılar tərəfindən təşkil edilən dəstələr də müqavimət təşkil etmişdi Astarada Hüseyn Ramazanov tərəfindən təşkil edilmiş dəstə may ayında Şahağac və Alekseyevka kəndlərinə hücuma keçdi. Lakin daha böyük gücə malik olan bolşevik qüvvələri Ramazanovun partizan dəstəsinin hücumunun qarşısını ala bildi. iyunda Ramazanov yenidən Astaraya hücuma keçdi və bir neçə günd avam edən döyüşlər zamanı Lənkərandan bolşeviklərə əlavə qüvvələr göndərilsə də, onlar qələbə qazana bilməyib geri çəkildilər. Bolşevikər yaranmış şəraitdən çıxmaq üçün bır sıra cəhdlər etsələr də, etdikləri heç bir cəhd onların vəziyyətini yaxşılaşdırmadı. iyun ayının 23-də ağqvardiyaçı zabit Xoşev 500 nəfərlik dəstə ilə Lənkərana hücum etdi. Lakin ağqvardiyaçı qüvvələr məğlub edildilər və Lənkərandan uzaqlaşdılar. Lakin döyüşlərdə bolşeviklər xeyli qüvvə itirmişdilər və Hərbi İnqilab Şurasının sədri Ulyansev də öldürülmüşdü. Bölgədə Azərbaycan hökumətinin bərpa edilməsini arzulayan azərbaycanlı qüvvələrin də sayı artmaqla bərabər, fəaliyyətləri də genişlənirdi. İyunun axırlarında Bakıdan Məlik-Yeqanovun rəhbərliyi altında Astaraya canlı qüvvə gəldi və Ramazanovun dəstəsi ilə birləşdi. Hüseyn Əlixanın və Rəşid xanın kiçik dəstələri də Ramazanovun və Şahverənin başçılığı altında olan başqa bir partizan dəstəsinə qoşuldular Şahverənin dəstələri Zirvand dağlarına cəmləşmişdi. iyul ayının sonlarında Ramazanov və Şahverənin dəstələri Astara, Şahağac və Alekseyevka kəndlərinə hücum etdilər. Astarada 20 çekist, 10 millisioner və 10 əsgər öldürüldü. Şahağacada 15 nəfərlik sovet postu məhv edildi. Partizanların başqa bir qrupu isə Alekseyevka kəndində bolşeviklərin 200 piyadası. 60 süvarisi və bir dağ top batareyası ilə qarşılaşdı. Bolşevik süvariləri partizanların İrana çəkilmək yolunu kəsdilər. Topların işə salınması onların vəziyyətini xeyli mürəkkəbləşdirdi. Erməni bolşeviklərinin komandirliyi altında olan Lənkəran taborunun birinci bölüyünün və Muğan süvari eskadronunun fəal hərəkətləri partizanlar tərəfindən hərbi təşəbbüsün itirilməsinə səbəb oldu və onlar sərhəddəki dağlara tərəf geri çəkildilər.
Bolşevik hakimiyyətinin devrilməsi 1919-cu ilin iyulun 5-də Prişibdə yeni ağqvardiyaçı, malakan və digər rusların yeni qurultayı keçirildi. Qərara alındı ki, bölgə bolşeviklərdən təmizlənsin. İyulun ikinci yarısında ağqvardiyaçılar Lənkəran üzərinə qəti hücuma keçdilər. Bölgədəki azərbaycanlı partizanlar da bolşeviklərə qarşı eyni zamanda hücuma keçdilər. Ramazanovla Şahverənin dəstələri birləşdilər, Hərbi Şurada qərara alındı ki, şəhərə üç istiqamətdə hücum edildi. Ramazanov cənubdan, Şahverən qərbdən, Hacı Osman isə şərqdən hücuma keçməli idi. Azərbaycanlıların hücumu uğurlu oldu və bolşeviklər geri çəkilməyə məcbur oldular. Bolşeviklər mayaka doğru sıxışdırılsalar da, əllərində olan ağır silahlara görə müqavimət göstərə bilirdilər. Şəhərin yerdə qalan hissəsi isə azərbaycanlı partizanların əlinə keçmişdi. Şəhərin şimal nöqtəsindən başlayaraq Hacı Qurban küçəsinə qədərki ərazi Şahverənin, şəhərin qərb ətəyindən sol sahilinə kimi Ramazanovun, Sutamordob tərəfdən başlayaraq Lənkəran çayının sağ sahilinə kimi isə Hacı Osmanın nəzarətində idi. Azərbaycanlı partizanlara daimi dəstək göstərildiyi üçün onlar hücumu sona qədər davam etdirməkdə qərarlı idilər. Bolşeviklər isə gec-tez məğlub olacaqlarını bilirdilər və buna görə də, Sarı adasına getmək qərarına gəldilər. Lakin onlar şəhəri boşaldarkən buraların azərbaycanlılara yox, ağqvardiyaçı olsa belə, ruslara verilməsi qərarına gəlmişdilər. Beləliklə, iyulun 24–25-də Muğan qüvvələri, yəni ağqvardiyaçılar şəhərin müxtəlif mühüm yerlərinə buraxıldılar, onların həbs edilmiş bütün zabitləri azadlığa buraxıldılar.
Ağqvardiyaçı hakimiyyətinin yenidən təsisi və azərbaycanlıların mübarizəsi Ağqvardiyaçılar Prişibdə yeni qurultaylarını çağırdılar və qərara görə may ayında sovetlərin çağırdığı qurultayda qərara alınanlar qüvvədən düşmüş hesab edilir və o, səlahiyyətlərini hazırkı qurultaya verir. Həbsdən çıxan İlyaşeviç yenidən rəhbərliyi ələ aldı və ilk gördüyü tədbirlər azərbaycanlı partizanlara qarşı oldu. O, partizan dəstələrindən birinin rəhbəri olan Yusif bəyə göndərdiyi məktubda artıq bolşevik hakimiyyətinin devrildiyini, onun silahlı dəstəsinin bölgədəki varlığına ehtiyac qalmadığını, buna görə də, onun 12 saat ərzində Rus Astarasını tərk etməli olduğunu, əks təqdirdə hücuma keçəcəyini bildirdi. Yusif bəy isə cavabında Azərbaycan hökumətindən başqa heç bir hökuməti tanımadığını və buna görə də, silahı yerə qoymayacağını bildirdi.
AXC-in hadisələrə müdaxiləsi Bakıdakı hökumət olan-bitənləri diqqətlə izləyirdi və buraya müvəqqəti vəkil kimi Məlik-Yeqanovu təyin etmişdi. Məlik-Yeqanov Lənkərana yox, Astaraya gəldi. Buna qədər öz qüvvələrinə arxeyin olduğuna görə bölgədəki silahlı azərbaycanlıları rahatlıqla məğlub edə biləcəyinə inanan İlyaşeviç rəsmi Bakının nümayəndələrinin bölgəyə gəlişi xəbərini eşitdikdən sonra qərarını götür-qoy etmək qərarına gəldi. O, Yusif bəyə yeni bir məktub göndərdi. Məktubda o, Azərbaycan nümayəndəsinin bölgəyə gəldiyinə təəccüblənir, Muğanın Azərbaycana birləşib-birləşməməsi məsələsinə Paris sülh konfransında baxılmalı olduğunu bildirirdi. O, yeni nümayəndənin Lənkərana gəlib səlahiyyətlərini təsdiq edən sənəd göstərməsini, belə olacağı halda onun təhlükəsizliyinin təmin olunacağını, bölgənin taleyi ilə bağlı müzakirələrə başlanacağını bildirirdi. Məlik-Yeqanovla bərabər Astaraya Azərbaycan qoşun bölmələri də göndərilmişdi. Danışıqlar bir neçə gün çəkdi. Ağqvardiyaçılar danışıqları uzatmağa çalışırdılar və ümid edirdilər ki, ingilislər müdaxilə edərək onları müdafiə edəcəklər. İngilislər İlyaşeviçin tərəfdarlarına öz tələblərini çatdılar. Həmin tələbdə deyilirdi: