Elqıqıtqın gölü — Çukot Muxtar Dairəsi ərazisində yerləşən vulkan gölü. Göl Anadır alçaqdağlığı, Anadır rayonu, Anadır şəhərindən 390 km şimal-qərbdə yerləşir.

Gölün adı çukot dilindən tərcümədə эльгыгытгын — «ağ göl» mənasını verir.

Fiziki-coğrafi xüsusiyyətləri Gölün diametri — 12 kilometr; mərkəzi hissədə dərinlik 169 m; maksimal dərinlik — 174 m;Nolan M., Brigham-Grette J. Basic hydrology, limnology, and meteorology of modern Lake El’gygytgyn, Siberia // Jornal of Paleolimnology, 2007 (v. 37), p. 17-35. sahəsi — 119 km²; həcmi — 14,1 km³; su toplayıcı hövzəsinin sahəsi — 293 km²; suyun orta temperaturu 3 °CDr. Matt Nolan. Research at Lake El’gygytgyn ; dəniz səviyyəsindən hündürlüyü — 489 m.

İlin böyük qismi üzəri buzla örtülü olur. Bəzi illərdə hətta yayda belə tamami ilə buzdan azad ola bilmir. Sahilə yaxın ərazilərdə daimi buzlaqlar vardır. Onların qalınlığı 481 çatır. Gölə 50 qol axır. Göldən Enmıvaam çayı başlayır. O isə öz növbəsində Anadır çayı hövzəsinə aiddir.

Daimi yaşayış məntəqələrinə yaxın yerləşməməsi səbəbindən ora yol yoxdur.

Formalaşması Gölün yaranması haqqında iki fərziyyə vardır. Bəzi alimlər onun zərbə krateri digəri isə vulkan krateri olduğunu bildirirlər.

Araşdırılma Gölün ilk təsvirini Sergey Obruçev 1930-cu illərdə vermişdir. O gölün tətqiqatı işlərində onu Elqıdxın olaraq adlandırırЕкатерина Горбунова, Кира Русина Тайны озера Эльгыгытгын . Сайт «Арктика сегодня»..

1950-ci illərdə aparlan tətqiqatlar zamanı onun dərinliyi, suyunun temperaturu, suyunun tərkibi, suyunda planktonların olması və s. işlər aparılmışdırИветта Красногорская Колдовское озеро . Журнал «Государственное управление ресурсами».

1980-1990-cı illərdə aparılan tətqiqatlar zamanı bununla bağlı çoxlu sayda məqalə və kitablar dərc edilmişdir.

1998, 2000, 2003, 2008 və 2009-cu illərdə isə dünyanın bir çox ölkələ alimlərinin də iştirak etdiyi ekpedisiyalar təşkil olunmuşdur.

Mənbə Американские геологи начнут бурение на Чукотке Импактные структуры Земли. Эльгыгытгын Представлены результаты изучения осадочных пород на дне чукотского озера Эльгыгытгын Haltia E. M., Nowaczyk N. R. Magnetostratigraphy of sediments from Lake El’gygytgyn ICDP Site 5011-1: paleomagnetic age constraints for the longest paleoclimate record from the continental Arctic, 2014. İstinadlar

Ədəbiyyat Галанин А. В., Беликович А. В., Малков Е. Э. и др. Особо охраняемая территория «Озеро Эльгыгытгын» (Анадырское плоскогорье) // Вестник ДВО РАН, 1994. № 4. Dietz, R.S. McHone, J.F. Jr. 1976 El’gygytgyn: Probably world’s largest meteorite crater. Geology, v. 4, pp. 391–392. Kateqoriya:Pliosen Kateqoriya:Krater gölləri Kateqoriya:Çukot Muxtar Dairəsi gölləri