Rəcaizadə Mahmud Əkrəm () () — Osmanlı şairi, nasiri və dramaturqu.

Həyatı Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.

İstinadlar

Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Osmanlı yazıçıları Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Türkiyə pedaqoqları Kateqoriya:XIX əsr yazıçıları