Zibeydə - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.

Mahnı haqqında Mahnının sözləri Zeynal Cabbarzadəyə, bəstə Tofiq Quliyevə, aranjemanı isə Qara Dərvişə aiddir.

Mahnı sözləri Alagöz Zibeydə, sən qəşəngsən, qəşəng. Həsrətin qəlbimi yandırır, ay mələk. Alagöz Zibeydə, sən qəşəngsən qəşəng. Həsrətin qəlbimi yandırır, ay mələk. Sənin mən hicrinə dözmərəm, Səndən mən əlimi üzmərəm. Alagöz, şirinsöz Zibeydə,mən sənə yalvarıram, Dərdindən heyvatək saraldım,gəl mənə, yalvarıram. Alagöz, şirinsöz Zibeydə, mən sənə yalvarıram, Dərdindən heyvatək saraldım, gəl mənə, yalvarıram. Yaz gəlib, hər yanda gül açmışdır çəmən, Bənövşə tək boynum əyilmişdir qəmdən. Yaz gəlib, hər yanda gül açmışdır çəmən, Bənövşə tək boynum əyilmişdir qəmdən. Sənin mən hicrinə dözmərəm, Səndən mən əlimi üzmərəm. Alagöz, şirinsöz Zibeydə,mən sənə yalvarıram, Dərdindən heyvatək saraldım,gəl mənə, yalvarıram. Alagöz, şirinsöz Zibeydə, mən sənə yalvarıram, Dərdindən heyvatək saraldım, gəl mənə, yalvarıram.

Həmçinin bax National Pearls

İstinadlar

Kateqoriya:Qara Dərvişin mahnıları