Abakan () — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Şəhərin tarixi Qədim dövrlərdə
Abakanda yaşayış məskənləri bizə tunc dövründən məlumdur.Yerli sakinlər bu yüksəkliyi Ax- Tiqey (ağ təpə) adlandırırdılarqədim dövrlərdə Ax- Tiqeydə çoxlu ağ çadırlar qurulurdu Abakan portalı.Samohval dağının ətəyində Hunun daş qalası yerləşirdi. I əsrdə Çinli komandir Li İn çayın 8 kilometrliyində saray inşa etdirmişdir.
İstinadlar
Kateqoriya:Xakasiya Kateqoriya:Abakan Kateqoriya:XVIII əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Rusiya şəhərləri