Qazantəpə-Hindarx kəndi yaxınlığında Tunc dövrünə aid Qazantəpə adlı kurqan vardır.
Toponimikası Qazantəpə oroqrafik obyekti Ağcabədi rayonu ərazisində Hindarx kəndi yaxınlığında qeydə alınıb. Qazantəpə oronimi qazan və təpə sözlərindən ibarətdir. Təpə-müsbət relyef forması bildirən coğrafi termindir. Toponim xarici görünüşünə görə kənardan baxanda qazana bənzədiyinə görə belə adlandırılmışdır. Bu tipli toponimlərə Azərbaycanın digər rayonlarının ərazilərində də rast gəlirik. Qazantəpə ev əşyalarının adları ilə əlaqədar olaraq yaranmış metofor adlardandır. Toponimin tərkibindəki qazan sözü həmin təpənin məişətdə işlədilən qazan qabına oxşarlığını bildirir.Nazim Tapdıqoğlu (Vəlişov). Ağcabədi Ensiklopediyası. Bakı-2007
Həmçinin bax Hindarx
Kürdlər
İstinadlar
Kateqoriya:Ağcabədi rayonu Kateqoriya:Qarabağ toponimləri