thumb|Kəsilmiş köklərdən alınan ağcaqayın şirəsi Ağcaqayın şirəsi — köklərin təzyiqi altında ağcaqayın budaqlarından və kəsilmiş gövdələrdən axan maye. XX əsrin ortalarında SSRİ-də keyfiyyətli içki kimi geniş istifadə olunan ağcaqayın şirəsinin tərkibində B6, B2 vitaminləri vardır.
Şirə axını baharda başlanır və tumurcuqların ilk çiçəklənməsinə qədər davam edir. Adətən ağcqayından gündə 2-3 litr şirə alınır. Böyük bir ağcaqayın ağacı gün ərzində yeddi və daha çox litr şirə verə bilər. Ağacların tələf olmaması üçün gənc ağaclardan meyvə şirəsi qəbul etmək məsləhət görülmür.
Şirənin tərkibi Şirənin sıxlığı — 1,0007-1,0046 q/ml. Quru kütlənin çəkisi — 0,7-4,6 q/l. külün çəkisi — 0,3-0,7 mq/l. ümumi şəkərin miqdarı — 0,5-2,3 % (0,43—1,13 %). tərkibindəki orqanik (üzvi) kütlənin, efir yağı, vitaminlər, saponinlər, betulol və s. vardır.
Regionlar üzrə ənənə Ağcaqayın şirəsi Rusiya Federasiyası (), Latviya (), Estoniya (), Finlandiya (), Litva (), Belarus (), Polşa (), Ukrayna (), Fransa, Şotlandiya, NorveçPlanter og tradisjon: Floraen i levende tale og tradisjon i Norge, Ove Arbo Høeg, Universitetsforlaget, 1974, ., İsveçÖvre Dalarnes bondekultur 3, Lars Levander, Lund, 1947. və Şimali Avropanın əksər regionlarının ənənəvi içkisidir.
Ağcaqayın şirəsi incəsənətdə Sovet şairi Stepan Şipaçyov "Ağcqayın şirəsi" () adlı povest yazmışdır. "Dünya oğlu" (, 1971) filmində "Ağcqayın şirəsi" () mahnısı oxunmuşdur. "Rezidentin səhvi" (, 1968) "Ağcqayın şirəsi" () mahnısı oxunmuşdur.
Ədəbiyyat Марков А. В. Добывание берёзового сока. — М.: КОИЗ, 1943. — 31 с. Орлов И. И. Берёзовый сок / И. И. Орлов, В. П. Рябчук. — М.: Лес. пром-сть, 1982. — 56 с.
Xarici keçidlər
Подоить березку. Берёзовые слёзы России. Почему в нашей стране погибает древнейший промысел, способный приносить немалую прибыль? Пасока — Лесная энциклопедия: В 2-х т., т.2/Гл.ред. Воробьев Г. И.; Ред.кол.: Анучин Н. А., Атрохин В. Г., Виноградов В. Н. и др. — М.: Сов. энциклопедия, 1986.-631 с., ил. Способы добычи и рецепты использования берёзового сока.
İstinadlar
Kateqoriya:Şirələr Kateqoriya:İçkilər Kateqoriya:Rusiya içkiləri Kateqoriya:Latviya içkiləri Kateqoriya:Estoniya içkiləri Kateqoriya:Ukrayna içkiləri Kateqoriya:Fransa içkiləri Kateqoriya:Belarus içkiləri Kateqoriya:Finlandiya içkiləri Kateqoriya:Alkoqollu içkilər