thumb|Pakistanda ABŞ əsgəri gənc pakistanlı qıza su verir
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. Ehtiyacı olan insanlar arasında evsizlər, qaçqınlar və təbii fəlakətlərin, müharibələrin və aclıqların qurbanları var. Humanitar yardımın əsas məqsədi həyatları xilas etmək, əzabları yüngülləşdirmək və insan ləyaqətini qorumaqdır.
Münaqişə şəraiti üçün BMT-nin Beynəlxalq Məhkəməsi məqbul hesab edilən humanitar yardımı aşağıdakı kimi müəyyən etmişdir: "ərzaq, geyim, dərman və digər humanitar yardımın göstərilməsi, lakin bura silahın, silah sistemlərinin, sursatın və ya ağır bədən xəsarətinə və ya ölümə səbəb ola biləcək digər avadanlıqların, nəqliyyat vasitələrinin və materialların verilməsi daxil deyil." 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.
Humanitar yardımın növləri Xüsusi saxlama şəraiti tələb etməyən, uzunmüddətli saxlama müddəti olan qida məhsulları (məsələn, konservlər) Dərman İçməli su İsti geyimlər Çadır Yanacaq
Tarixi İnsanlara ilk dəfə humanitar yardım dini təşkilatlar tərəfindən göstərilməyə başlanmışdır. XVIII və XIX əsrlərdə Avropa və Şimali Amerikada çiçəklənmə dövrünü yaşayan missoner cəmiyyətləri uzaq ölkələrin sakinlərini xristianlığa etiqad etməyə çağırmaqla yanaşı, onlara həm də humanitar yardım göstərirdilər. Onlar həmvətənlərinin dünyanın digər bölgələrində mövcud olan humanitar ehtiyacları dərk etməsinə kömək edirdilər və bununla əlaqədar olaraq ayrı-ayrı icmalar tez-tez missionerlərin fəaliyyətini maliyyələşdirirdilər.
XX əsrdə, iki dünya müharibəsi arasındakı dövrdə könüllü qurumlar erməni soyqırımı qurbanlarına yardımda və 1920-ci illərin əvvəllərində Sovet Rusiyasında Volqaboyu aclıqla mübarizədə aparıcı rol oynamışlar. Ermənistana gəldikdə isə, təşkilatlar konsorsiumu tərəfindən Yaxın Şərq üzrə Erməni Yardım Komitəsi yaradılmışdır. Bu komitə 20 milyon dollar toplamış, zərər çəkmiş rayonlara müxtəlif yardım yükləri göndərmiş, gündə orta hesabla 300 min nəfəri qidalandırmış, xəstəxanalar yaratmış, tibbi xidmətlərin göstərilməsini təmin etmiş və 75 min yetimi öz himayəsinə götürmüşdür.
İstinadlar
Kateqoriya:Humanitar yardım Kateqoriya:Beynəlxalq münasibətlər