thumb|right|200px|Çiyələkli pirojna Pirojna — şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu.

Pirojnanın növləri Şokoladlı pirojna Ərzaqlar 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda Hazırlanması Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun!Şokoladlı kek

Portağal sufleli pirojna

Tərkibi biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q un sufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu Hazırlanması Yumurtaları şəkər tozu ilə çalın. Un əlavə edin, qarışdırın. Sinini (20x30 sm) yağlayın, yaxud perqament döşəyin. Xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Hazır biskvitə şərbət və ya şirə hopdura bilərsiniz.Portağal sufleli kek

Ekler pirojnası

Ərzaqlar 1 st.un 120 qr marqarin 4 ədəd yumurta 1 st.su xörək duzu Şokolad sousu Hazırlanması Bir qaba su, marqarin və duz qoyulub qaynadılır. Sonra qazın altını daha zəif edərək un əlavə edilir və durmadan qarışdırılır. Kütlə halına gələndən sonra ocağın üstündən götürülür. Xəmirin 5 dəqiqə soyuması lazımdır ki, yumurtalar içində çırpılarkən bişməsin. Sonra yumurtalar əlavə edilərək qarışdırılır. Xəmirdən mətbəx şpritsinə doldurularaq yağlanmış sobanın listinə düzülür. Bu xəmirdən hazırlanmış eklerler əvvəlcə 200 dərəcədə 10 dəqiqə,sonra 180 dərəcədə yenə 10 dəqiqə bişirilir. Sonra eklerlerin üzəri, ya da içərisi zövqə görə şokalad sosu ilə bəzədilir. Qalereya

İstinadlar

Həmçinin bax Tort Maffin Brauni

Kateqoriya:Yemək növləri Kateqoriya:Qidalar Kateqoriya:Konfetlər