() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa təsviri Aralıqdənizi qurutısbağasının karapaksının uzunluğu orta hesabla 25 sm-ə çatır. Karapaks plastronla hərəkətsiz birləşmişdir. Ön pəncəsində 5 caynaq var. Çanağı hündür olub, arxa hissəsi dişlidir. Açıq zeytuni və ya sarımtıl — qonur rəngdə olan karapaksın üzərində qara xallar yerləşir. Ön və arxa ətrafların üzəri bir neçə sırada yerləşən kirəmitşəkilli buynuz qalxancıqlarla örtülmüşdür. Budun arxa tərəfində bir qərni qabarıq var. Müxtəlif yarımnövlərdə karapaksın uzunluğu: T. g. graeca – 30 sm-ə qədər. T. g. anamurensis – 27 sm-ə qədər. T. g. antakyensis – 16 sm-ə qədər. T. g. armeniaca – 26 sm-ə qədər. T. g. buxtoni – 27 sm-ə qədər. T. g. cyrenaica – 20,5 sm-ə qədər. T. g. floweri – 15 sm-ə qədər. T. g. ibera – 26 sm-ə qədər. T. g. nabeulensis – 18 sm-ə qədər. T. g. nikolskii – 30 sm-ə qədər. T. g. pallasi – 25 sm-ə qədər. T. g. perses – 19 sm-ə qədər. T. g. soussensis – 25 sm-ə qədər. T. g. terrestris – 25 sm-ə qədər. T. g. zarudnyi – 28 sm-ə qədər.
Yayılması Növün arealı Şimali İspaniya, İtaliya (daxil olub), Sardiniya və Siciliya (introduksiya olunub), Fransa (introduksiya olunub), keçmiş Yuqoslaviya: Serbiya, Monteneqro, Şimali Yunanıstan (Egey adalarına daxil olub, məs. Limnos, Lesbos, Xios, Samos, Samotrakiya), Albaniya, Ruminiya, Bolqaristan, Türkiyə, Mərakeş, Əlcəzair, Tunis, Liviya, İzrail, Suriya, İran, Şimali İraq və Rusiyanın ərazisini (Cənubi Qafqazın şərqi: Dağıstan) əhatə edir .
Azərbaycan ərazisində bir neçə yarımnövü yayılmışdır; Cənub-şərqdə T.g.buxtoni, Şərqdə (Abşeron yarımadası və şimal-şərqdə) T.g.armeniaca, şimal-qərbdə (Qazax-Gəncə) T.g.ibera. Azərbaycanın digər ərazilərində yayılan populyasiyaların təsnifat statusu məlum deyil.
Yarımnövləri Ən tanınmış yarımnövləri: Testudo graeca graeca (Şimali Afrika, İspaniyanın cənubu, Sardiniya, Balear adaları) Testudo graeca ibera (Türkiyə, Yunanıstan, Makedoniya, Bolqarıstan, Rumıniya, Azərbaycan) Testudo graeca anamurensis (Türkiyə) Testudo graeca terrestris (İsrail) Testudo graeca armeniaca (Azərbaycan, Ermənistan) Testudo graeca nikolskii (Qafqazın Qara dəniz sahillərində) Testudo graeca buxtoni (Xəzər dənizi sahili ərazilərdə) Testudo graeca pallasi (Dağıstan) Testudo graeca marokkensis (Mərakeş) Testudo graeca lamberti (Mərakeş) Testudo graeca soussensis (Mərakeş) Testudo graeca nabeulensis (Tunis) Testudo graeca floweri Testudo graeca antakyensis Testudo graeca flavominimaralis (Liviya)
Yaşayış yeri Yaşayışına yararlı olan bütün sahələrdə rast gəlir. Quru səhra və yarımsəhralar, kolluq bitkisi olan dağətəyi təpəlik sahələr, eləcə də ovalıq meşə və bağlar. Dağlarda dəniz səviyyəsindən 1200 m hündürlükdə qeyd edilmişdir. Respublikada sayı nisbətən yüksəkdir – hər 1 km marşruta 10 – 16 fərd düşür.
Aralıqdənizi tısbağası Səngəçal yarımsəhrasının təbii məskunlarıdırlar. Onlar gələcəkdə yenidən təbiətə buraxılmaq şərtilə, Səngəçal terminalının inşası zamanı yığılmışlar. Aralıqdənizi tısbağası dünyada nəsli kəsilmək üzrə olan heyvan növlərinə aiddir və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı kitab"ına daxil olunub. Azərbaycan bu heyvan növünün təsadüf olunduğu 25 ölkədən biridir. Aralıqdənizi tısbağası təbiətdə 30–35 il, zooparklarda isə 150 ilədək ömür sürə bilir. Hazırda elmə məlum olan ən qoca tısbağanın 40 yaşı var.
Mühafizə statusu Beynəlxalq Təbiəti Mühafizə İttifaqın (IUCN – International Union for Conservation of Nature) təsnifatına əsasən, 1996-cı ildə Vulnerable (Təhlükə altında) A1cd kateqoriyasına daxil edilmişdir (ver 2.3). Növün arealı məhdudlaşır, miqdarı isə sürətlə azalır . Həssas növ statusu ilə Azərbaycan Respublikasının Qırmızı kitabının II nəşrinə daxil edilmişdir.
Ədəbiyyat Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Изд-во "Элм". Баку, 1978, 264 с. Azərbaycan heyvanlar aləmi, III Onurğalılar, Bakı: Elm, 2004, 619 s. Azərbaycan Respublikasının Qırmızı kitabı, II hissə, Bakı, "Şərq-Qərb nəşriyyatı, 2013, 517 s. Cəfərova S. Q., Əhmədov S. B., Bünyatova S. N., Əsgərova S. Ə. Azərbaycanda yayılan suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi, ADTU nəşriyyatı, Bakı, 2013.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycan sürünənləri Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:İran sürünənləri Kateqoriya:Həssas növlər Kateqoriya:Afrika faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Afrika sürünənləri