250px|thumb|Mayonez Mayonez () — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartmalarında istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70–80 % olmalıdır.

Haqqında Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir, lakin təəssüf ki, hal-hazırda mayonezlərin çoxunun tərkibində modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb. Belə yağların mayonezin tərkibində olub-olmadığını necə bilmək olar? Bu sualın cavabını mayonezin etiketində tapa bilərsiniz. Əgər məhsulun tərkibində "yüksək keyfiyyətli bitki piyi" ("высококачественный растительный жир") varsa, deməli, burada təbii bitki yağından söhbət gedə bilməz. Onun yerini bu konkret məhsulda kimyəvi modifikasiya olunmuş yağlar tutur ki, bu yağların molekulları təbiətdə yoxdur. Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır. Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır.

Tərkibi və hazırlanması Yumurta — 4 dənə Zeytun yağı — ½ litr Şəkər tozu — 1 ç.q. Duz — 2 ç.q. Xardal — 2 ç.q. Üzüm sirkəsi — 2 x.q. Qara istiot — zövqə görə Yumurtanın sarısını ağından ayırın və xardal, duz və istiotla yaxşı-yaxşı çalın. Sonra çalmağı davam edib kütləyə damcılarla zeytun yağını əlavə edin. Kütləyə yağın 1/3 hissəsi daxil edəndən sonra yağı nazik şırnaqla tökmək olar. Axırda kütlə həmcins və qatı olmalı, qabın divarlarından asanlıqla ayrılmalıdır. Bundan sonra mayonezə sirkə ələvə etmək lazımdır. Ev şəraitində hazırlanan mayonezi soyuducuda 72 saat saxlamaq olar. Mayonezə blenderdən keçirilmiş göyərti də əlavə etmək olar. Bu ona xüsusi və gözəl tam verəcək.

Həmçinin bax Aioli

İstinadlar

Xarici keçidlər

Mayonez nechazırlanır (eng) ГОСТ 31761–2012 Mayonez və mayonez sousu (rus). Blender Mayonnaise Recipe Science Channel's The Making Series: #2 Making of Mayonnaise (video in Japanese) NPR's Report on the 250th Birthday of Mayonnaise and its history

Kateqoriya:Souslar Kateqoriya:Fransız sousları Kateqoriya:Qidalar Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Yumurta xörəkləri Kateqoriya:İspaniya mətbəxi Kateqoriya:Dadlıqlar Kateqoriya:Yaxılabilən qidalar