thumb|250px|Braziliyada hazırlanmış şokoladlı pizza dilimi. Şokoladlı pizza – şokoladdan istifadə edərək hazırlanan pizza çeşidi. Müxtəlif stilləri və hazırlanma qaydaları mövcuddur. Şokoladlı pizza desert kimi də servis edilə bilər. Bəzi şirkətlər şokoladlı pizza hazırlamaqda ixtisaslaşıblar.
Hazırlanması Bəzi şokoladlı pizzalar xəmirə birbaşa şokoladın əlavə edilməsi ilə hazırlanır. Şokoladlı pizza şirin, desert yeməyi və ya əsas yemək kimi servis edilə bilər. Şokoladlı pizza peçdə bişirilməyə qoyulmamış xəmirin üzərində şokoladın əlavə edilməsi ilə hazırlana bilər. Başqa bir variant isə bişdikdən sonra üzərinə fındığın əlavə edilməsidir. Son illərdə şokoladlı pizzanın hazırlanmasında istifadə olunan inqredientlərə şəkər şirəsi, banan, çiyələk, marşmellou, şəkər dənəcikləri və ağ şokolad parçaları aiddir.
Tarix Şokoladlı pizza məktəblilərin sevdiyi iki qida növünü – pizzanı və şokoladı özündə birləşdirir. Şokolad və pizzanın qarışdırılmasına Qərb ölkələrində paralel olaraq başlanılmış və desert kimi restoranlarda təqdim edilmişdir.
Şokoladlı pizza Sevgililər günü yeməyi kimi də tanınır.
Chocolate Pizza® Chocolate Pizza Company şirkətinin qeydiyyat keçmiş əmtəə nişanıdır.
Şirkətlər Chocolate Pizza Company ABŞ-da şokoladlı pizza bişirməkdə ixtisaslaşmış şirkətdir. Şirkətin baş qərargahı Nyu-Yorkda yerləşir. Chocolate Pizza® bu şirkətin qeydiyyat keçmiş əmtəə nişanıdır.
İngiltərənin Kotqreyv şəhərində yerləşən The Gourmet Chocolate Pizza Company şirkəti Belçika şokoladından pizzalar hazırlayır. Bu pizzalar soyuq şəkildə desert kimi təqdim edilir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Food Network Epicurious
Kateqoriya:Şokolad desertləri Kateqoriya:pizza çeşidləri