Esturoy adası (, — "Şərq adası") — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 10662 nəfər yaşayır. Sahəsi 286.3 km²-dır. Streymoy adasından sonra Farer adalarının ikinci böyük adasıdır. İki adanı körpü birləşdirir. Adada ölkənin ən hündür zirvəsi olan Slattaratindur dağı yerləşir (880 m). Adanın daxilinə Skalafyörur fiordu uzanır.
İstinadlar
Kateqoriya:Farer arxipelaqı adaları