() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Yayılması: Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı. Çoxalması: Qular həyatlarının sonuna kimi bir cüt yaradır. Yuvanı yalnız dişi fərd qurur. Yuvada 7-9 yumurta olur. 35 gün kürt yatır. Yumurtanı aprelin sonu – mayın əvvəllərində qoyur, balalar 4-aylıqda uçuşa hazır olurlar. Sayının dəyişilmə səbəbləri: Münasib yaşayış yerlərinin azalması.
Statusu Nadir, qışlayan və köçəri növdür.
Kateqoriyası Təhlükəli həddə yaxındır (NT). Son 20 ildə sayında artım müşahidə olunur. Lakin mənfi antropogen təsirlərdən təhlükəli (VU) vəziyyətə düşə bilər. 1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur.
Qısa təsviri Rəngi ağdır. Dimdiküstlüyü, dimdikaltlığının dibi və kənarları qara, qalan yerləri narıncıdır. Kiçik və harayçı qulələkdən dimdiyinin narıncı rəngi və onun dib hissəsində qara şişin olması ilə fərqlənir, həm də üzmə vaxtı boynunu "S" hərfi formasında, başını isə maili saxlayır.
Yayılması Avropada və Asiyada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Kür-Araz, Lənkəran, Samur-Şabran ovalıqları və Abşeron yarımadasının su hövzələrində rast gəlinir. Kələdəhnə, Cil, Mrdov, Qarasu, Şilyan, Sor-Sor və s. göllərin qurudulması nəticəsində yaşayış yerləri kəskin azalıb.
Yaşayış yeri və həyat tərzi Dənizin sahil suları, körfəzlər, göllər və axmazlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Qışlamağa gələn və miqrasiya dövründə olan populyasiyaları vardır. Noyabrda gəlir, fevralın 2-ci yarısında köçüb gedir. Qidasını xırda onurğasız heyvanlar, su bitkilərinin vegetativ hissələri, xara və sapvarı yosunlar təşkil edir.
Məhdudlaşdırıcı amillər 1992-ci ilə qədər əsas biotoplarının zəhərli kimyəvi preparatlarla, neft və neft məhsulları ilə çirkləndirilməsi, su hövzələrinin qurudulması.
Əhali üçün əhəmiyyəti Elmi, estetik və dekorativ əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilib. Azərbaycanın "Qırmızı Kitab"ına, Bern, Bonn, Ramsar konvensiyalarına və AEWA sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Qorunmasına ciddi riayət və şaxtalı qışlarda yemlənməsini təşkil etmək. Abşeron yarımadasında daxili su hövzələrinin, Xəzərin neft və neft məhsullarından təmizlənməsi, Kür-Araz, Lənkəran və Samur-Şabran ovalıqlarındakı su hövzələrində narahatedici amillərin aradan qaldırılması vacibdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İran quşları Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Avropa faunası Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Avropa quşları Kateqoriya:1789-cu ildə təsvir edilən quşlar