Mikayıl Varşavski (daha çox Həkim Mayk kimi tanınır; ) — Amerikalı osteopatik həkim, tanınmış şəxs və xeyriyyəçidir. Həkim Mayk hazırda sosial mediada 3.8 milyondan çox izləyicisi olan həkimdir. O Overlook Tibb Mərkəzində profilaktik və osteopatik tibb sahəsində fəaliyyət göstərən ailə həkimidir.
Varşavski mediada diqqət mərkəzinə 2015-ci ilin ortalarında BuzzFeed-də dərc olunan onun yaraşıqlı görünüşü haqqındakı məqaləsindən sonra gəldi. Bundan sonra o, "İnstaqramda ən seksual həkim"-ə çevrildi və Cosmopolitan, DailyMail, New York Magazine və Time kimi bir çox jurnallarda göründü. 2015-ci ilin oktyabr ayında onun İnstaqram hesabında bir milyondan çox izləyicisi var idi. Bu rəqəm noyabrda People jurnalının onu Ən seksual kişilər kateqoriyasında "Ən seksual həkim" seçməsindən sonra daha da artdı. 2017-ci ilin fevral ayında İnstaqramda onun 2.6 milyon izləyicisi var.
Varşavski Good Morning America, Today Show, The Doctors, Rachel Ray Show, Mornings with Maria, Inside Edition, və Good Day kimi proqramların tibb sahəsi üzrə verlişllərinə qatılmaqla populyarlığını davam etdirdi. O bir çox müxtəlif və qarışıq mövzularda danışır və bəzən mübahisəli tibb mövzularına da toxunaraq və onları diqqət mərkəzinə çəkərək asan, əyləncəli və aydın dildə onları başa salır.
İstinadlar
Xarici keçidlər Həkim Mayk İnstaqramda Həkim Mayk YouTube-da Kateqoriya:Rusiya yəhudiləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:ABŞ həkimləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Rusiya həkimləri Kateqoriya:Ruslar Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Şəxslər:Saransk Kateqoriya:Yəhudi həkimlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:Rusiyadan ABŞ-yə mühacirət edənlər