Avroliqa (sponsorluq razılaşmasına əsasən Türk Hava Yolları Avroliqa kimi də adlandırılır) — 2000-ci ildən etibarən Avropa basketbol klubları üçün Avroliqa Basketbol tərəfindən təşkil edilən Avropa səviyyəsində yüksək səviyyəli peşəkar basketbol klubu müsabiqəsi.
2000-ci ildə verilən qərara əsasən, FİBA tərəfindən 1958-ci ildən etibarən idarə edilən FİBA Avroliqa (əvvəldən FİBA çempionları kuboku ya da sadəcə Avropa kuboku adlandırıldı) adında əvəzetmə edildi. Lakin bu sadəcə olaraq rebrendinq xarakteri daşıyırdı.
Avroliqa 2016-17 mövsümündə liqa matçları üçün orta hesabla 8.472-lik bir azarkeş sayı ilə dünyanın ən məşhur peşəkar qapalı idman liqalarından biridir. Bu nəticə ilə dünyada peşəkar qapalı idman liqaları arasında (Amerika Birləşmiş Ştatları xaricində ən yüksək) beşinci və yalnız Milli Basketbol Assosiasiyası (MBA) arxasında dünyanın hər hansı bir peşəkar basketbol liqası ikinci ən yüksək nəticədir.
Avroliqa çempionluğu 21 fərqli klub tərəfindən qazanılıb, onlardan 13-ü bu uğura ən azı 2 dəfə sahib olub. Yarışın ən müvəffəqiyyətli klubu Real Madriddir – doqquz dəfə bu mükafatın sahibi olmuşdur. Mövcud çempion isə 2017-ci ilin finalında Olimpiakosu məğlub edən Fənərbaxçadır ki, bu da onların ilk belə uğurudur.
Loqolar Avroliqa loqosunun inkişafı</span>2000–20052005–20102010–20162016–indiyə qədər 200px 150px 120px
Klublar Aşağıda 2017-18 mövsümündə iştirak edən klubların siyahısı verilib: KomandaŞəhərStadionTutum Anadolu EfesİstanbulSinan Erdem Arenası16.000 Olimpiya MilanMilanMediolanum Forum12.700 BaskoniyaVitoriya-QasteysFernando Buesa Arenası15.504 BrozeBamberqBroze Arenası6.249 Srvena ZvezdaBelqradKonbank Arenası18.386Aleksandar Nikoliç Zalı8.150 MOİK MoskvaMoskvaMeqasport13.344 BarselonaBarselonaBlauqrana7.585 FənərbaxçaİstanbulÜlkər Sports Arena13.059 XimkiXimkiMıtişi Arenası7.280 Makkabi Tel-ƏvivTəl-ƏvivMenora-Mivtaxim11.060 OlimpiakosPireyBarış və Dostluq Stadionu11.640 PanatinaikosAfinaOlimpik qapalı zalı18.989 Real MadridMadridKomunidad de Madrid Arenası15.000 Malaqa MalaqaFont de San Luis bələdiyyə pavilyonu11.300 ValensiyaValensiyaXose Mariya Martin Karpena Arenası8.500 JalqirisKaunasJalqiris-Arena15.552
İstinadlar