() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Yayılması Xəzərin endemik növü olub Azərbaycan sahillərində azsaylıdır, orta və cənub hissələrində yayılmışdır. Volqa çayının aşağı qollarında mövcuddur.

Morfoloji əlamətləri D III-IV, I 8-9, A I 6-8-dir.Bədənin ön hissəsində xüsusən baş nahiyəsində daha çox enlənmiş, burnu girdədir. Başın üst hissəsi yastı olub yalnız gözlərin arasında yüngülcə çökəkdir. Çənəsində pərşəkilli bığcıq var. Ağzın küncləri arxasında dəri qırış zəif inkişaf etmişdir. Bədəni və başı üstdən və böyürlərdən çox xırda eyni ölçülü ziyillərlə sıx örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri tünd qonur xal var. Çənəsinin altında qısa bığcıq yerləşir. Uzunluğu 5-6 sm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi Dənizin 2 m-dən 200 m-ə qədər dərinliyində yaşayır. Duzlu sularda yaşayırlar. Yayda sahilə yaxın zonalarda, qışda isə dənizin dərinliklərində yaşayır. Əsasən molyusklar və xərçəngkimilərlə qidalanır.

Çoxalması 1 il ömru var. Cinsi yetkinliyə 6-7 ayında çatır. İyun-iyul aylarında suyun səthində görünməyə başlayırlar. Dişi balıqlar kürülədikdən sonra ölürlər.

Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1877-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Avropa balıqları Kateqoriya:Xəzər dənizinin endemik faunası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər