Hadisələr 1 yanvar — Sudan Respublikasının müstəqilliyinin elan edilməsi. Moskva — Ulan Bator - Pekin dəmiryol xəttinin açılması. 4 yanvar — İlk Sovet Antarktida ekspediyasının Antarktida sahillərinə çıxması. 21 yanvar — Macarıstanda atom enerjisi üzrə Dövlət Komitəsinin yaradılması. 14 fevral — Sov.İKP-nin XX qurultayı işə başlaması. 16 fevral — Böyük Britaniyada ölüm hökmünün ləğv olunması. 4 mart — Gürcüstan etirazları (1956) 23 mart — Pakistan İslam Respublikasının elan edilməsi. 16 aprel — Avstriyanın Avropa Şurasına qəbul edilməsi. 21 aprel — Ciddədə Səudiyyə Ərəbistanı, Misir və Yəmən arasında hərbi ittifaq haqqında müqavilənin imzalanması. 14 iyun — İngilis qoşunlarının Misirin Süveyş kanalı zonasını tərk etməsi. 17 iyun — Tunisin Milli ordusunun yaradıldığının elan edilməsi. 26 iyul — Misir prezidenti Kamal Əbdül Naser tərəfindən İskəndəriyyədə Süveyş kanalının milliləşdirildiyinin elan edilməsi. Süveyş böhranının başlanması. 27 iyul — AFR-da ümumi hərbi mükəlləfiyyət haqqında qanunun qəbul edilməsi. 1 avqust — Ventyanda Laosun Baş Naziri şahzadə Suvanna Fuma və Laos Vətənpərvərlər Cəbhəsinin rəhbəri şahzadə Sufanuvonq arasında milli barışıq haqqında danışıqların başlanması. 26 oktyabr — SSRİ tərəfindən Atom enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsinin imzalanması. 27 oktyabr — Fransa ilə AFR arasında imzalanan Lüksemburq müqaviləsinə əsasən Saar əyalətinin 1 yanvar 1957-ci il tarixdən AFR-nın tərkibinə daxil edilməsi. 29 oktyabr — Süveyş böhranının gedişində İsrail ordusunun Misirə məxsus Sinay yarımadasına soxulması. 30 oktyabr İmre Nad tərəfindən Macarıstanda tək partiyalılıq sisteminin ləğv edildiyinin elan olunması. Misirdə hərbi səfərbərliyin elan edilməsi. 1 noyabr — İngiltərənin İrana müharibə elan etməsi. 12 noyabr — Mərakeş, Sudan və Tunisin BMT-yə qəbul edilməsi. 18 dekabr — Yaponiyanın BMT-yə qəbul edilməsi. 14 fevral — Azərbaycan televiziyasının fəaliyyətə başlaması.
Doğumlar 3 yanvar — Mel Gibson, Avstraliya əsilli ABŞ aktyoru və rejissoru 22 yanvar — Azad Əliyev, Azərbaycan heykəltaraşı 15 mart — Ağaddin Babayev, Azərbaycan jurnalisti, yazıçı, tərcüməçi 27 may – Cüzeppe Tornatore, İtaliya kinorejissoru 18 iyul – Adnan Azar, türk şairi 24 iyul – Gülnar Salmanova, Azərbaycan aktrisası 1 avqust — Həşim Arslanov, Özbəkistan teatr və kino aktyoru 27 noyabr – Əsgər Rəhimov, Azərbaycan teatr və kino aktyoru 8 iyun — Kris Sfiris, yunan mənşəli amerikalı bəstəkar, multi-instrumentalist 9 dekabr — İjon-Piser Sullyet, fransız yazıçı
Ölümlər 26 may — Mircəfər Bağırov, azərbaycanlı siyasətçi 27 may – Səməd Vurğun, Azərbaycanın xalq şairi 16 avqust – Bela Luqoşi, Macar teatr oyunçusu və qorxu filmi aktyoru 7 dekabr – Rəşad Nuri Güntəkin, türk yazıçısı